Zeynal Nağdəliyevin milyonları ölkədən bu yolla çıxarılırmış - İLGİNC FAKTLAR

dogruxeber.tv: - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin ailə biznesi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

"Unikal" qəzetinin bu günki sayında yazılır ki, bu biznesin başında onun övladları – Nemət və Hikmət Nağdəliyevlər dayanır. Rusiyada təhsil alan qardaşlardan Nemət Nağdəliyev daha əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində attaşe vəzifəsinə təyin olunub. Hazırda isə o, Polşada fəaliyyət göstərir. Belə ki, 2017-ci ilin oktyabr ayında N.Nağdəliyev həmin səfirlikdə yerləşməklə Mərkəzi və Şərqi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.

Z.Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyev isə sırf biznes fəaliyyətilə məşğuldur. Baxmayaraq ki, rəsmi sənədlərdə Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekan müavini və hüquq fakültəsinin müəllimi kimi görünür. Atasının səlahiyyətlərindən geniş şəkildə yararlanan H.Nağdəliyevin nəzarətindəki şirkətlər xüsusilə dövlət satınalmalarından böyük pullar əldə edir. Məlumdur ki, Z.Nağdəliyev rayon (şəhər) icra hakimiyyətlərini və yerli özünüidarəetmə orqanlarını kurasiya edir; bu səbəbdən də onun həmin qurumlar üzərində ciddi təsiri var. Elə ona görə də ələxüsus yerli icra hakimiyyətləri öz tenderlərinin mühüm hissəsini məhz ata Nağdəliyevin oğlunun şirkətlərinə verirlər. Bununla belə, H.Nağdəliyevin əldə olunan qazancı birgə çalışdığı sahibkarlarla bölüşməkdən boyun qaçırdığı, bu səbəbdən də tərəflər arasında mübahisələrin yarandığı və işin hətta məhkəməyə qədər uzandığı məlumdur.

İddialara görə, müvafiq qanunvericiliyin tələblərinə zidd keçirilən tenderlərdən əldə olunan vəsaitlər – çirkli pullar daha sonra böyük oğul vasitəsilə əsasən Şərqi Avropa ölkələrinə, eləcə də Rusiyaya daşınır. N.Nağdəliyevin hazırda tutduğu vəzifə bu işi xeyli asanlaşdırır. Məhz həmin vəsaitlər hesabına Z.Nağdəliyevin sözügedən regionda böyük tikinti biznesi formalaşıb. Belə ki, onun Macarıstan başda olmaqla Şərqi Avropanın bir çox yerində yaşayış binaları və ofislərin inşaatını həyata keçirən şirkətləri var.

Son xəbərlər

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Bütün xəbərlər