Yeni sədr “Space” TV-ni niyə tərk etdi? - SƏBƏBLƏR

dogruxeber.tv: - Dünən "Space” telekanalının 6 gün əvvəl təyin olunmuş yeni rəhbəri Ülviyyə Mikayılovanın qəfildən istefa verməsi ölkədə rezonans doğurub. Bu, kanalın işçiləri arasında da eyni reaksiyaya səbəb olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, təyin olunmuş yeni rəhbər heç də qeyd olunduğu kimi, kanalı maarifləndirici bir quruma çevirə bilməyəcəyi səbəbindən istefa verməyib.
Əksinə o, yeni işlərə, layihələr üzərində çalışmağa belə başlayıb. Yeni rəhbəri əslində qorxudan kanalın mühasibatlığı olub. O, mühasibatlığın hesabatları ilə tanış olduqdan sonra kanalın həddən artıq borcu olduğunu görüb. Televiziyanın həm yayım, həm də vergi, kredit məsələlərinə görə xeyli borcu yığılıb.
Kanaldakı mənbənin verdiyi digər məlumatda isə bildirilir ki, televiziyada elə işçilər var ki, 9-10 ayın maaşını ala bilməyib. Elə bu səbəbdən kanalı tərk edənlər də olub.
Borc sənədlərini görən Ülviyyə Mikayılova da bu qədər borcla bacara bilməyəcəyini səbəb gətirərək dərhal istefa verib.
Verilən məlumata görə, maaşların gecikməsinə səbəb, kanalın keçmiş rəhbəri Vaqif Mustafayevin israfçılığıdır. Hazırda 3 aydır ki, kanalda audit yoxlaması aparılır. Yoxlama zamanı bəlli olub ki, kanalda külli miqdarda yeyintiyə yol verilib.
Mənbə bildirir ki, Ülviyyə xanımın təyinatı kollektiv arasında kanalda tezliklə hər şeyin düzəlməsinə ümid yaradıb. Ancaq xanım rəhbərin anidən istefa verməsi işçiləri də məyus edib. Hətta hazırda 70-80% işçi təcili özlərinə iş axtarmaqla məşğuldur.
Mənbə onu da qeyd edib ki, Vaqif Mustafayev istefaya getdikdən sonra kanalın rəhbərliyinin Kamil Şahverdiyeva veriləcəyi haqqında da xəbərlər dolaşırdı.
Çünki bütün ara məsəafələrində o kanalı idarə edib. Ülviyyə Mikayılovanın qəfil istefasından sonra da kanala müvəqqəti rəhbərlik K.Şahverdiyevə həvalə olunub.
Qaldırılan məsələylə bağlı Ülviyyə Mikayılovanın özündən soruşmaq istədik. Dəfələrlə zəng cəhdimizə baxmayaraq Ülviyyə xanım telefnumuzu qaldırmadı.//gundelik-baku.com

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər