NƏ BAŞ VERİR: Qaragöl ətrafında gərginlik... - Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqların başa çatdığı bildirilir

dogruxeber.tv: - Bəlli olduğu kimi Azərbaycan tərəfinin Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar. Erməni tərəfi isə bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək hay-küy qaldırıb, təxribatçı bəyanatlar səsləndirib.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirib. Bəyan edib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

XİN-in bəyanatında o da bildirilir ki, mayın 12-dən etibarən Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin əraziyə ezam olunub, Ermənistan tərəfinin nümayəndələri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində addımlar atılır.

“Azadlıq” radiosunun erməni xidməti isə xəbər verir ki, Ermənistanın Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb. 6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər. Digər təfərrüatlar açıqlanmır.

Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını təsdiq etməklə kifayətlənib.

Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.

Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir. (Mənbə: Laçın rayon İcra Hakimiyyətinin rəsmi saytı)

Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi.

Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Ətraf ərazilərdə qarın qalınlığı isə 40-45 sm-ə kimi olur. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin 90-cı illərin əvvəllərindən etibarən Qaragöl və ətraf ərazilər Ermənistanın işğalı altına düşüb. İşğal dövründə Qaragöl Dövlət Qoruğunun ərazisi talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.

İndi Ermənistan iddia edir ki, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.// virtualaz.org

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər