Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY

“Kəndimizin yaxınlığından keçən kiçik Pirsaat çayı quruyur. Kənd camaatının əkdiyi nar bağları, taxıl sahələri susuzluqdan ziyan çəkir. Təəssüf ki, çayın quruması prosesi neçə ildir davam edirdi və artıq pik həddinə çatıb, ancaq aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görmür. Nəticədə insanların və mal-qaranın həyatı üçün ciddi susuzluq təhlükəsi yaranıb”.

dogruxeber.tv DİA.AZ-a istinadən xəbər verir ki, Hacıqabulun İkinci Udulu kənd sakinləri kəndin suvarma probleminin xeyli hissəsini həll edən Pirsaat çayının getdikcə qurumasından narahatdılar. Onlar müracidətlərində narahatlıqlarını bildiriblər.

Kəndlilərin sözlərinə görə, kənddə alternativ su mənbələrinin olmaması vəziyyəti daha da ağırlaşdırır: “Məcburiyyət qarşısında yeraltı, mənşəyi məlum olmayan qurunt və şor sulardan istifadə edirik. Bu da torpaqların şoranlaşmasına səbəb olur. Şoran torpaqlarda isə nə əkdiyin bitər, nə də otlaq sahəsi qalar”.
İkinci Udulunun ərazisindən keçən Oğuz-Qəbələ-Bakı su kəmərindən kəndə bir neçə bulaq çəkilib. Ancaq sakinlər deyir, bu bulaqlar əhalinin içməli su tələbatını ödəmir: “İçməli suyu maşınla alırıq. Nar bağlarımızı suvarmağa su tapmırıq. Biz illərdir ki, əsasən narçılıqla məşğuluq, ancaq indi nar bağları susuzluqdan quruyur. Bostan bitkiləri də yetişməmiş quruyub tələf olur. Çünki bostan bitkiləri yalnız şirin suyla suvarılmalıdır”.

Sakinlər bildirirlər ki, qonşu kəndlərlə birlikdə susuzluqdan azı 12 min adam əziyyət çəkir.

Qeyd edək ki, Hacıqabul rayonunun Pirsaat çayı üzərində yerləşən Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Rayonun Pirsaat, Rəncbər, Qubalı-Baloğlan, Nəvahi və Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir. Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetr olan anbar 1964-cü ildə istifadəyə verilib. 2003-2010-cu illərdə yenidən qurulub. Pirsaat çayında demək olar ki, hər il quruma müşahidə olunur. Hacıqabul Suvarma Sistemləri İdarəsi hər il bunu yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi ilə əlaqələndirir. Anbarın su ilə qidalanmaması səbəbindən isə əkin sahələrinin suvarılmasında hər il problemlər yaranır.
Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY
Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY
Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY
Hacıqabulda kəndlilər ÇƏTİN DURUMDA - GİLEY

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər