Gədəbəydə Qarabağ Qazisi ilə maraqlanan yoxdur... - NARAZILIQ!

dogruxeber.tv: - Qarabağ müharibəsində yaralanmış Turan İsgəndərov diqqətdən kənarda qaldığını deyir. Gədəbəy rayonunun Söyüdlü kənd sakini dövlət orqanlarının onun ən kiçik problemlərini belə, həll etmədiyini bildirir. DİA.AZ bildirir ki, Turan İsgəndərov müharibəyə 2020-ci il sentyabrın 29-da ehtiyatda olan hərbi qulluqçu kimi yollanıb. Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olub. Noyabrda yaralanıb:

“Gözümün sağ bayır kənarından qəlpə yarası aldım. Yanımda çavuş minaya düşdü. Aramızda təxminən iki metr məsafə vardı. Qəlpə gözümlə gicgahımın arasındakı sümükdə qaldı. Sonradan əməliyyatla çıxardılar. Gözümdə yaşarma olur, yaddaş zəifliyi yaranıb, psixoloji problemlər yaşayıram. Heç bir müalicə görmürəm. Adi yoxlanma da olmayıb”.

Turan İsgəndərov müharibəyə qədər günəmuzd fəhlə işləyirmiş. Döyüşlərdən qayıdandan sonra tamamilə işsiz qalıb. Bununla bağlı Prezident Administrasiyasına xeyli şikayət ərizəsi göndərdiyini deyir: “Ailəliyəm, bir övladım var, amma iş yoxdu. İcra hakimiyyətinə dəfələrlə müraciət eləmişəm, ancaq yola veriblər. Prezident Aparatına da yanlış məlumat verirlər. Guya “Anar” MMC-yə məni işə düzəldiblər, öz istəyimlə oradan çıxmışam. Halbuki bu, həqiqət deyil”.

Turan İsgəndərov müharibə ərəfəsində dükan açmağa hazırlaşırmış. Bunun üçün tədarük görüb, borca mal götürüb. Müharibə planın baş tutmasına imkan verməyib: “Borc içində qalmışam. Malların çoxu xarab olub, borclar da üstümdə qalıb. Əlimdə qalan malları satışa çıxarıram. Gələn müəyyən məbləğlə yaşamağa çalışırıq. Amma borclarım yerində qalır. Malları satmağa yer də yoxdu. Bazarın müdiri yer vermədi. Qazi olduğumu da dedim. İcra hakimiyyətinə bundan da şikayət elədim. Bazar müdirinin orada qohumu işləyirmiş. Şikayətimə baxılmadı”.

Turan İsgəndərovun evi yoxdur. O, anası, həyat yoldaşı və körpə qızıyla qardaşının köhnə evində yaşayır. Ailə sosial yardım almır. Ümumiyyətlə, Turan İsgəndərovun mallarının satışından gələn puldan başqa ailənin gəliri yoxdur: “Kənd camaatı bir dəfə yığılıb kömək eləyib. Sosial şəbəkələrdə paylaşımlar edilmişdi. Bundan sonra bir nəfər əlaqə saxlayaraq, müəyyən qədər əlimizdən tutacaq məbləğdə pul göndərdi”.

Turan İsgəndərovun qızı 1 yaş 3 aylıqdır. Amma ata övladına hələ də şəxsiyyətini təsdiq edən sənəd ala bilməyib: “Xanımım hicablı olduğuna görə problem yaranıb. Həyat yoldaşım özü şəxsiyyət vəsiqəsi ala bilməyib. Hicablı şəkil qəbul eləmirlər. Xüsusilə övladımın sənədsiz olması məni çox narahat eləyir”.

Müharibə iştirakçısı heç özü də yaralanmasıyla bağlı uyğun sənədi ala bilməyib. Söyüdlü kənd sakininə buna görə “YAŞAT” fondundan yardım verilmir: “Məni Tərtərə göndərdilər ki, tibbi sənəd gətirim. Orada da mənə sənəd vermədilər. Dedilər ki, gedib “Papanin”dən (Mərkəzi Hərbi Hospital nəzərdə tutulur-red.) götürməlisən. Mən tibb məntəqəsində müalicə almışdım. Tibb məntəqəsi də sənəd verə bilməyəcəyini deyir. Mənim Bakıya getməyə imkanım yoxdu. İcra hakimiyyətindən kömək istədim. Onlar dedi ki, biz, sadəcə, məlumat verə bilərik. Mən döyüş tapşırığını yerinə yetirəndə yaralanmışam. Əlimdə travma haqqında arayış – 11 nömrəli qoşma var. Onu əsas saymırlar. YAŞAT Fondu bu sənədi qəbul eləmir”.// dia.az
Gədəbəydə Qarabağ Qazisi ilə maraqlanan yoxdur... - NARAZILIQ!
Gədəbəydə Qarabağ Qazisi ilə maraqlanan yoxdur... - NARAZILIQ!

Oxunub: 602

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər