“Başçının müavini deyir, yığmısan boğaza bizi...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

dogruxeber.tv: - “Bələdiyyəyə deyirəm, mənə dövlət tərəfindən 12 sot torpaq verilməlidir. Məni bataqlıq bir əraziyə aparır, deyir, torpaq budur, istəyirsən, götür, ək, ancaq heç nə bitməyəcək”.

Cəlilabadın Söyüdlü kənd sakini Mais Zeynalov İkinci Qarabag Muharibəsinin iştirakçısı olub. Sentyabrın 30-da döyüşə gedib. Oktyabrın 29-da yaralanıb. Dekabrın 18-də tərxis olunub. Deyir, ən ağır günləri də elə evə döndükdən sonra başlayıb. Qayıtdıqdan sonrakı işsizlik, maddi sıxıntılar, can ağrısı, sosial problemlər keçmiş döyüşçünü bezdirib. O, bu barədə Meydan TV-yə danışır.

“Ayağımdan yaralanmışdım, başımdan ağır travma almışdım. Hazırda ayağımda 30-dan çox qəlpə daşıyıram. Müharibədən qayıdandan əziyyət içindəyəm. Bircə Yaşat Fondu mənim əməliyyatıma kömək edib. O da qarşıma şərt qoydu, ya yardım, ya da müalicə... Mən də müalicəni seçdim, düşündüm ki, qəlpələrdən xilas olacam. Avrasiya Hospitalında ayağımdan cəmi iki qəlpə çıxarıldı, dedim, bəs qalanları necə olacaq? Fond dedi, bizim gücümüz buna çatdı. Yəni get gerisini özün düşün... Bir tərəfdən müharibənin səhhətimdə buraxdığı ağrılar, bir tərəfdən ağır yaşayış, bir tərəfdən də rayondakı məmurların özbaşınalığı, laqeydliyi adamı cana yığır. Bələdiyyəyə deyirəm, mənə dövlət tərəfindən 12 sot torpaq verilməlidir. Verin torpağımı, əkim, həm özümü müalicə etdirim, həm dolanım... Məni bataqlıq bir əraziyə aparır, deyir, torpaq budur, istəyirsən, götür, ək, ancaq heç nə bitməyəcək”, - qazi danışır.

Mais Zeynalovun sözlərinə görə, o, bataqlıq ərazidən imtina etdikdən sonra bələdiyyə sədri başqa ərazidən torpaq təklif edib. Mais Zeynalov təklifi qəbul etsə də, torpağa görə ona heç bir sənəd verilməyib. Nəticədə torpağa başqa iddialı çıxıb:

“İndi də başqaları gəliblər ki, bu yer bizimdir, biz buranı özəlləşdiririk. Kimin üstünə gedirəmsə, hamı üzərindən atır. İcra hakimiyyəti başçısının müavini Mansura zəng edirəm, deyirəm, atam xəstə, anam xəstə, özüm də yarımcan qayıtmışam, o torpaq mənə lazımdır ki, xəstə valideynlərim acından ölməsin, öz dərmanlarımı, valideynlərimin dərmanlarını ala bilim. Niyə belə edirsiz? Deyir, sən də lap yığmısan boğaza...”

“Atam bağırsaq xorasından əziyyət çəkir, əmək fəaliyyətiylə məşğul ola bilmir, anamın başında şiş var, özüm də bu vəziyyətdə... Heç evimiz də yoxdur, dayım öz evini bizə müvəqqəti verib ki, küçədə qalmayaq. Nə vaxt desə “evdən çıxın”, çıxmalıyıq. Özüm evsizlik, imkansızlıq üzündən ailə qurmamışam. Yaxşı, mən gedib vətən qarşısında borcumu ödədim, sağlamlığımı qoyub gəldim, indi də istəyirəm ki, vətən məni düşünsün”.
“Başçının müavini deyir, yığmısan boğaza bizi...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
“Başçının müavini deyir, yığmısan boğaza bizi...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər