Bir dəfə də olsun icra başçısı onu qəbul etməyib... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR










dogruxeber.tv xəbərverir ki, Ağstafa sakini Eşqin Əliyev İkinci Qarabağ Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə yaralanıb. Döyüşdən kəllə-beyin travması və bədənindəki çoxlu qəlpələrlə qayıdıb. Əvvəllər Mərkəzi Hospitalda müalicə alıb. DİA.AZ xəbər verir ki, hazırda da ayda bir dəfə Mərkəzi Hospitala gedir, ona müalicələr təyin olunur, lakin keçmiş döyüşçü imkansızlıq üzündən müalicələrini davam etdirə bilmir:
“Orda yalnız müayinə olunuram, resept yazılır, göndərirlər evə, deyirlər, müalicəni özün et. Mənim də imkanım yoxdur. Verdikləri reseptləri gətirib atıram evə... Hər gün üstümə təcili yardım gəlir, xəstəxanaları gəzdirirlər. Ağrıdan başımı divara vururam, qışqırıram, ağlayıram, əsəblərim pozulub, psixologiyam pozulub. Müharibə bitdi, dağılışdıq, hamı evinə kontuziyayla, bir yığın dərdlə qayıtdı, bir psixoloq qapını döymədi ki, mənim psixoloji sarsıntılarım azalsın. Biganə münasibət məni hər gün öldürür”.
Eşqin Əliyevin 30 yaşı var. Müharibəyədək fəhləliklə məşğul imiş. İndi sağlamlığı işləməyə də imkan vermir. Üstəlik də ailə, məişət qayğıları onu sıxır:
“Ailəliyəm, azyaşlı qızım var, heç bir maddi tələbatını ödəyə bilmirəm. Bir qardaşım var, o da ailəlidir, xəstədir, valideynlərim xəstədir, imkansızlıqdan anamı da müalicə etdirə bilmirdik, dayılarım Rusiyadan gəldi, götürüb apardılar yanlarına ki, müalicə etdirsinlər. Yaşadığım ev bərbad vəziyyətdədir. Dərdimi kimə deyim, bilmirəm”.
Eşqin Əliyev əslində dərdini deməyə bəzi ünvanlara üz tutur, ancaq qapılar üzünə bağlıdır. Onun sözlərinə görə, müharibədən sonra dəfələrlə Ağstafa Rayon İcra Hakimiyyətinə gedib, icra hakimiyyətinin başçısıyla görüşmək istəyib, ancaq deyir, bir dəfə də olsun icra başçısı onu qəbul etməyib.

“Hər dəfə bir bəhanəylə qapıdan geri qaytarırlar, başçının yanına buraxmırlar. 15 gündür ki, ora da getmirəm. Bu boyda rayonun başçısı olan bəndə bir dəfə demir ki, mənim ərazimdə Şuşa döyüşçüsü, qazi var, bir görüm niyə gəlib, nə dərdi var... Evin çörək gətirəni mən idim, bütün qayğılar mənim üstümdə idi. Müharibəyə gedəndən valideynlərim kommunal borcları ödəyə bilməyiblər. O vaxtdan indiyə 500 manatadək qazpulu yığılıb. 60 manat işıqpulu borcumuz var. Hər gün işıq, qaz idarələrindən gəlirlər, işığı, qazı kəsməklə hədələyirlər. “Şuşanı aldıq, Qarabağı azad etdik” deyib qürurlanırlar, ancaq Şuşanı, Qarabağı alan oğlanlar sürünürlər, orda canını, gəncliyini, sağlamlığını itirənlərə sayğı deyilən şey yoxdur”, - qazi gileylənib.
Eşqin Əliyev deyir ki, müharibədən qayıdandan sonra ailəsinə cəmi üç dəfə ərzaq yardımı olunub. Ərzaq bağlaması bir dəfə Heydər Əliyev Fondu, bir dəfə Ağstafa Rayon İcra Hakimiyyəti, bir dəfə isə hansısa şirkətdən gəlib. Ancaq qazi deyir, onun dərdi yemək yox, sağlamlığıyla bağlıdır. O, əsaslı müalicə olunmaq istəyir ki, yaşasın, çalışsın, ailəsinin yanında olsun...

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər