gundem / sosial
7.06.2021, 19:05
Oqtay Gülalıyevə niyə əlillik verilmədi? - AÇIQLAMA
Oqtay Gülalıyevə əlillik statusu və müavinətinin verilməsindən imtina edilməsinin səbəbi onun sənədlərinin çox səthi, primitiv və natamam təyin olunması idi.
Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova deyib.
O bildirib ki, Oqtay Gülalıyevin əlillik məsələsini Agentlik xüsusi nəzarətə götürüb:
“Bu məsələ dərhal agentlik tərəfindən araşdırılıb və ötən həftədən aktlaşdırılıb. Yəqin ki, bu həftədən ona əlillik dərəcəsi təyin ediləcək”.


