İctimai Dəstək Birliyinin sədri Cavid Süleymanov: 15 iyun Milli Qurtuluş günü

Hər il 15 iyun tarixi xalqımızın Milli Qurtuluş günü kimi qeyd olunur!

Hamımıza bəllidir ki, bu şərəfli və şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ağır zəhməti, gərgin səyləri, böyük qalmaqallardan keçmiş uğurlu siyasətinin nəticəsində bu günkü qüdrətli Azərbaycan dövləti formalaşmış və bütün dünyada öz mövqeyini yüksək səviyyədə qoruyub saxlamaqdadır.
1991-ci ilin oktyabrında ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyətdə yaranan boşluq və siyasi xəttin düzgün seçilməməsi nəticəsində dövlətin bütün təsisatlarında uğursuzluq, özbaşnalıq höküm sürürdü. Moskvada istefa verdikdən sonra Naxçıvan Ali Məclisində fəaliyyətə başlayan ulu öndər Heydər Əliyev o illərdə dağılmış SSRİ İttifaqının bir parçası olan Azərbaycanda yaranmış acınacaqlı ictimai-siyasi vəziyyəti obyektiv analiz edərək, cəmiyyətin ciddi problemlərini dərindən düşünərək konkret işlər görmək və ciddi siyasi addımlar atmaq üçün dəfələrlə mövqeyini bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı zamanlarda nəyinki Naxçıvanı, bütövlükdə Azərbaycanı xilas edəcək yeganə şəxsiyyət kimi xalqın ümid yeri idi. Vətənin ağır günlərində xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Xalqımız hər il 15 iyun tarixini qürur və fərəh hissi ilə qeyd edir. Çünkü, məhz bu gün dövlətimiz əbədi və sarsılmaz gücünü bütün dünyaya göstərmişdir.
Məndə öz növbəmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənlərini tam gücümlə dəstəkləyirəm və xalqımızı Milli Qurtuluş günü münasibəti ilə təbrik edirəm. Dövlətimizə sarsılmaz müstəqillik, xalqımıza birlik arzulayıram!

İctimai Dəstək Birliyinin sədri və müstəqil.az saytının baş redaktoru Cavid Süleymanov

Oxunub: 576

Son xəbərlər

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Bütün xəbərlər