Cavid Qurbanovun Kəlbəcərdəki BƏLƏDÇİSİ... - Ərköyünlük edir...

dogruxeber.tv: - Kəlbəcərin təzə icra başçısı, “provodnik-qatar bələdçisi” ləqəbli Azər Qocayevin bir ili tamam oldu.
Bu bir il müddətində Azər Qocayev Kəlbəcər camaatının yaddaşında necə qaldı ?
Azər Qocayevin WİKİPEDİYA-dakı tərcümeyi-halından bəlli olur ki, Kəlbəcərin cavan icra başçısı Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı aşıq Qurbanın nəslindəndir.
Şəhərdə ( Sumqayıtda ) doğulub, böyümüş olsa da cavan icra başçısı da hərdən təzə kabinetində sazı sinəsinə basıb, “Əzizinəm barama, Qara telin darama, Onu burax, mənə gəl, Yara vurma, yarama” oxuyur.
Görəsən, təzə icra başçısının dərdi nədir, kimə deyir, “onu burax..”, niyə məhz “barama” söhbəti.
Axı, şəhərdə doğulub böyümüş gənc Azər Qocayev baramanı, ipək qurdunu, harada görüb ki, “Əzizinəm barama” deyir.
Kəlbəcərli dostların dediyinə görə, təzə icra başçısı, siyasi səhvə yol verib, daha doğrusu, baramanın zibilinə düşüb.
Belə ki, ölkə başçısının qeyri-neft sektorunu inkişaf etdirmək, aqrar sahəni gücləndirmək, baramaçılığı genişləndirmək kimi təşəbbüsünə ağız büzüb. Və deyib ki, Kəlbəcər hara, barama hara, Kəlbəcərdə barama olub ki..?
Bəli, Azər Qocayev dilinin bəlasına düşüb. Sənə deyən lazım idi ki, heç baramanın yeridir ?
Əslində Azər Qocayevi qınamalı da deyil. Bu adam gözünü Sumqayıtda açıb, kənd həyatını bilmir, “örüş yeri” deyəndə park başa düşür, bəlkə də barama sözünü də ilk dəfədir eşidibmiş...
Nə isə, problem təkcə barama olsaydı, çox dərinə getməzdik.
Deməli, Azər Qocayev icra başçısı olduğu 1 il müddətində əlini ağdan qaraya vurmayıb, ancaq köməkçisini işdən çıxardıb, müavinlərinə isə gücü çatmır. Bir də Kəlbəcəri ziyarətə gedən rayonun Çıraq kənd icra nümayəndəsinin müavini Xudaquliyev Elnur Əvəz oğlunu vəzifəsindən qovub.
Zərərçəkənin atası Əvəz kişi od püskürür, deyir, Azər Qocayev nankor icra başçısıdır. Ata deyir ki, oğlum yardım məqsədilə doğma ata yurduna gedib, Kəlbəcər rayonunda hərbi hissələri çörəklə təmin edən sexə zəruri avadanlıq aparıb.
Görəsən, vətəni ziyarət etmək nə vaxtdan cinayət sayılır, cənab Qocayev ?
Üstəlik bu adam əsgərlərimizin çörək təminatı ilə məşğul olub.
Bəs sən nə ilə məşğul olursan, cənab “provodnik” ?
Cənab Qocayev, kənd icra nümayəndəsinin müavini olan kəsi haqlı-haqsız Kəlbəcərə getdiyinə görə, məhkəmə 200 manat cərimələyib.
Cənab başçı, sən başa düşmürsən ki, bir əmələ bir bir cəza olur ki, onu da məhkəmə verib. Sənin təzədən cəza alan şəxsi yenidən cəzalandırmağın onu göstərir ki, səndən icra başçıs olmaz, sənin işin vaqon bələdçisidir.
Müavinlərin səni saya salmırsa, sənə kim hörmət edər ?
Bütün bunlar azmış kimi bugünədək bircə şəhid, qazi ailəsini ziyarət etməmisən. Nəinki etməmisən, hətta qazinin öz iş yerinə bərpa etmirsən.
Bəli, Vətən müharibəsinin qazisi neçə vaxtdı öz əvvəlki işinə bərpa ola bilmir.
Vətən müharibəsi qazisi Süleymanov Rüstəm Fazil oğlu Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyevanın əlbir olaraq, onun işinə bərpa olunmasına maneə törətdiklərini bildirib.
Qazi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən xahiş edir ki, ona kömək etsin.
Görəsən, icra başçısı Azər Qocayev başa düşmür ki, bu qazi torpaq uğrunda vuruşub.
Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ?
Azər Qocayev, nə qədər gec deyil, get, ərizəni yaz, sağollaş. Yoxsa, barama mahnısını kabinetində deyil, başqa yerdə oxumalı olacaqsan. //gundelik-baku.com//

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər