Neftçalada su qıtlığı hökm sürür


dogruxeber.tv: - İki həftədən çoxdur Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində çayın səviyyəsi aşağı düşüb. Çayda şirin suyun səviyyəsi azaldıqca Xəzərdən geriyə-çaya axan duzlu su təxminən 40 min əhalini içməli su problemi ilə üz-üzə qoyub. Xüsusilə sahiliboyu yaşayan kənd sakinləri çətinlik çəkirlər.

Aşağı Surra kənd sakinləri virtualaz.org-a bildiriblər ki, mal-qara bu sudan içmir. Amma təsərrüfatları suvarmaq üçün bu sudan istifadə etməyə məcbur qalırlar. “Hələlik bir çoxları təsərrüfatlarda bu sudan istifadə edir. Amma əkin məhv olur, torpağa ziyan dəyir. Bu da əlavə xərcdir. İndi bu sudan istifadə edənlər gələn il zərəri daha çox hiss edəcəklər, çünki torpaq şoranlaşacaq”,-kənd sakinlərindən biri deyib.

Sakinlər əlavə ediblər ki, hər iki-üç gündən bir 15-20 ton su alırlar. Bu da onların büdcəsinə ciddi ziyan vurur, bir çoxlarının heç su almağa imkanı yoxdur.

Kəndin icra nümayəndəsi Elçin Mehdiyev isə bildirib ki, icra hakimiyyəti tərəfindən sakinlərə su daşımaq üçün maşınlar ayrılıb. Maşınlarla su daşınır, çənlərə doldurulur, oradan isə sakinlərə paylanılır. Amma yayda suya təlabat daha da artır, sakinlər öz vəsaitləri hesabına da pul alırlar.

E. Mehdiyev suvarma ilə bağlı problemin yarandığını da deyib. Bildirib ki, kəndin 700 hektar pambıq sahəsi var. Hazırda rayonda pambıq sahələrinin suvarılan vaxtdır və suya təlabat böyükdür: “Bu bir bəladır. Aidiyyatı orqanlar çalışırlar ki, suya olan təlabat ödənilsin”.

Neftçala Rayon İcra Hakimiyyəti başçının müavini Burcalı Ağayev isə deyib ki, problem ötən ayın sonundan başlayıb. Neftçala rayon İcra Hakimiyyəti “Azərsu” ASC ilə birlikdə mövcud vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb. Rayondakı yaşayış məntəqələrində evlərin hər birinə 5 ton su tutumu olan plastik su çənləri qoyulub. Su maşınları vasitəsilə növbəli şəkildə həmin çənlərə içməli su verilir və əhali də bundan istifadə edir. Gün ərzində təxminən 1200-1500 kubmetr su daşınır. Bundan əlavə, “qaynar xətt” xidməti yaradılıb, müraciətlərin hamısına cavab verilir. İcra başçısının müavini təsərrüfatların suvarılmasındakı çətinliklərin də aradan qaldırıldığını deyib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, dəniz suyunun Kür suyu ilə qarışması nəticəsində bəzi kəndlərdə modul tipli su təmizləyici qurğuların işləməsi mümkün olmur.

“Təsdiqlənmiş qrafikə uyğun olaraq 25-dən çox kəndə maşınlarla su daşınır. Prezidentin göstərişinə əsasən ötən il Şirvan-Muğan Qrup su kəməri ilə Salyan rayon ərazisindən 40 klometr uzunluğunda 530 millimetr diametrli boru ilə Neftçalaya su xətti çəkildi. Artıq Neftçala rayonu həmin sudan qidalanır. Eyni zamanda, bu il də dövlət büdcəsindən vəsait ayrılıb. Neftçala rayonunun ətrafındakı məhəlləyə və 5 kəndə su xətti çəkilir. Həmin ərazilərdə su problemi həll olunacaq. Keçən il layihənin birinci mərhələsi, bu il ikinci mərhələsi, növbəti ildə üçüncü mərhələsi icra olunacaq, digər kəndlərə də magistral su kəmərinin çəkiləcək. Yəni ötən ilə nisbətən bu il vəziyyət stabildir”,-Cəbrayıllı deyib.

Anar Cəbrayıllı əlavə edib ki, istismar müddətini başa vurmuş xəttlər də yenilənir.//yenisabah.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər