Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

dogruxeber.tv: - Abşeron rayonunun Xırdalan şəhəri başda olmaqla, bütün qəsəbələri son aylar zibil bataqlığına çevrilib. Bu problemlə bağlı demək olar ki, 2-3 gündən bir elektron mediada, sosial şəbəkələrdə yazılar tirajlanır. Google üzərindən bir axtarış yetər ki, bu mövzuda saysız yazılarla, foto və videolarla rastlaşaq...

İndi isə yenixeber.org-a Abşeron rayonu Ceyranbatan və Saray qəsəbələrinin bir qrup saikininin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya ünvanlamış olduqları müraciətin surəti daxil olub. Qəsəbə sakinləri bu müraciətdə də başlıca olaraq məişət tullantılarının vaxtaşırı daşınmamasından və nəticədə qəsəbənin zibil paliqonuna çevrilməsindən bəhs edirlər. Söhbət paytaxtətrafı qəsəbədən gedir...

Biz müraciətdə yer alan iddialarla bağlı aidiyyatı tərəfləri də dinləməyə çalışdıq. Abşeron Rayon İcra Hakimiyyətinin mətbuata sorumlusu kimi təqdim olunan telefon nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı.

Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Qəhrəman Rüstəmov isə problemin onlara aidiyyatının olmadığını bildirdi: “Artıq bu aydan zibil pulunu da biz yığmırıq. Bu problem bizim idarənin deyil, bu qəsəbələrin İcra Nümayəndəliklərinin və Bələdiyyələrinin problemidir”(?)

Əldə etdiyimiz məlumata görə isə həqiqət Qəhrəman müəllimin dediyindən az da olsa fərqlidir... Yeni məhəllələrdə olmasa da, qəsəbədaxili zibil daşınması hələ də Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin vəzifəsi olaraq qalır.

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov da problemin varlığını etiraf etdi: “Saray və Ceyranbatan qəsəbəsini ayıran Zərdabi küçəsində son vaxtlar zibil problemi yaşanır. Amma ora zibil atanların əksəriyyəti Ceyranbatan qəsəbəsinin sakinləridir. Buna baxmayaraq biz bir dəfə o zibilxanaları təmizlətmişik. İndi “Zövq” adlı bir MMC yaradılıb, sakinlərlə aylıq 4 manat olmaqla müqavilə bağlayır ki, zibilləri daşısın. Təəssüf ki, sakinlərin bəziləri bu müqavilədən imtina edir. Bu istiqamətdə işlər davam edir və yaxınlarda problem həll olunacaq”.

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Ceyranbatan Bələdiyyəsindən isə bildirdilər ki, bu problem Bələdiyyə olaraq onların başlıca vəzifəsinə çevrilib: “ Son günlər meydana çıxmış bu problemlə gündəlik məşğuluq. Demək olar ki, elə işimiz bu zibil probleminin həlli istiqamətində çalışmaqdır. Hələlik öz imkanlarımızla zibilxanaların təmizlənməsi, küçələrdə fərdi olaraq zibillərin toplanması gündəlik işimizə çevrilib. Rayon rəhbərliyi də problemin həllinə çalışır. Yaxınlarda sakinlərlə müqavilələr bağlanacaq və küçələrdən zibillər vaxtaşırı yığılacaq”

***

Bu da redaksiyamıza daxil olmuş müraciət:

"Hörmətli İradə xanım,

Biz- Abşeron rayonu Ceyranbatan və Saray qəsəbəsinin sakinləri 15 ilə yaxındır ki, bu iki qəsəbəni ayıran H. Zərdabi küçəsində (Qəsəbə sakinləri arasında “KQB yolu” deyilir) məskunlaşmışıq. Ölkəmizin ictimai-siyasi həyatında daim aktiv iştirak etmiş, əsası ümummilli liderimiz tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin tərəfdarı olmuşuq. Sevindirici haldır ki, cənab prezidentimizin rəhbərliyi ilə bu gün ölkəmizin bütün regionları, kənd və qəsəbələri inkişaf edir, abadlaşır.

Hörmətli İradə xanım, 15 ilə yaxındır ki, yaşadığımız massivdə ucqar dağ kəndlərini xatırladan problemlərlə baş-başayıq...Kütləvi yaşayış olan H. Zərdabi küçəsi 30 il əvvəlin Balaxanı zibilliyini xatırladır. Zibil qutuları illərdir ki, tam yararsız, sınıq-salxaq vəziyyətdədir, həm də yerləri düzgün qoyulmayıb. Bəzən isə günlərlə zibil daşınmır. Nəticədə qalaqlanmış zibil yandırılır ki, bunun da hansı mənzərə olduğu, hansı fəsadları törətdiyi bəllidir. Bu faciənin nə olduğunu ancaq bizim kimi yaşayanlar bilər.

Bizi narahat edən ikinci problem isə kütləvi gediş-gəliş olan bu küçənin işıqlandırılmamasıdır. Gecələr zülmətə qərq olmuş küçədə az qala hər gün bir kriminal hadisə baş verir. Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkəti qaranlıq küçədə bizi hər an yeni təhlükələrlə üz-üzə qoyur. Çoxlu sahibsiz itlərin olması da başqa bir bəladır. Gecə saatlarında H. Zərdabi küçəsi ilə hərəkət etmək bilərəkdən özünü təhlükəyə atmaq deməkdir.

Paytaxtətrafı bir qəsəbədə bu problemlərlə yaşamaq inandırıcı olmasa da, acı reallıqdır. Nə yazıq ki, bizlər bu acı reallıqla yaşayırıq... Dəfələrlə aidiyyatı rəhbər şəxslərə müraciət etsək də nəticə olmayıb.

Hörmətli İradə xanım, Sizin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olaraq həyata keçirdiyiniz abadlıq-quruculuq işləri bizə də məlumdur. Bu səbəbdən də Sizdən xahiş edirik ki, bizim sadaladığımız problemlərin həllə olunmasını təmin edəsiniz. Ümid edirik ki, belə də olacaq və digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.//yenixeber.org

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Son xəbərlər

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

Bütün xəbərlər