gundem / iqtisadiyyat
10.08.2021
Neft yenidən bahalaşıb
dogruxeber.tv: - ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 69,37 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,75% artaraq 66,98 dollar təşkil edib.


