Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...

Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Zakir Hüseynov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri təyin olunub.

Hurriyyet.az xatırladır ki, Z.Hüseynov tutduğu nöqsanlara görə, 02.07.2020-ci illərdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Lakin az müddət işsiz qalan Zakir Hüseynovun üzünə sonradan Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) qapıları açıldı. Belə ki, o, 16.11.2020-ci ildə ADAU-nun "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olundu.

Qeyd edək ki, Z.Hüseynov universitetdə bir dəfədə olsun dərs keçmədiyi halda, onun "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır. Görünür, onunla rektor İbrahim Cəfərov arasında yaxın dostluq münasibəti var.

Onu da qeyd edək ki, Zakir Hüseynov 1999-2012-ci illərdə Gəncə şəhər, M.C.Paşayev adına 39 №-li tam orta məktəbin direktoru, 2012-2020-ci illərdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Bildirilir ki, hazırda ADAU-un "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləyən Z.Hüseynovun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri vəzifəsinə təyin olunması qanuna ziddir.

Qeyd edək ki, ondan əvvəl Gəncə Şəhər 38 saylı Nizami ikinci seçki dairəsinin sədri postunda Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri Cəfərov Məntiq Bahadur oğlu çalışırdı. Lakin Təhsil Nazirliyindən professor M.Cəfərova “bir şəxsin iki vəzifə tutması qanuna ziddir, ya kafedra müdiri, ya da dairə sədri işləyə bilərsiz”, - bildirilmişdi. Bundan sonra o, Z.Hüseynovdan fərqli olaraq, təhsil sahəsini üstün tutduğundan, kafedra müdiri vəsifəsini davam etdirməyə qərar vermiş və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri postundan istefa vermişdi.

Maraqlı odur ki, M.Cəfərovun yerinə təyin olunan Zakir Hüseynov da hazırda Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışır.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.

Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...

Oxunub: 710

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər