"12-ci İmam" kimi təqdim edilən Aqilin bacısının da maşınına həbs qoyuldu

DogruXebər.az : - “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki, bir müddət öncə “12-ci İmam” kimi təqdim edilərək vətəndaşlara qarşı dələduzluq etdiyi iddiası ilə həbs olunan sahibkar Aqil Babayevin ailəsi təyziqlərə məruz qaldığını iddia edib.

Bu barədə “Qafqazinfo”ya A.Babayevin bacısı Mətanət Babayeva məlumat verib. O bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub:

“Baş Dövlət Yol Polisi tərəfindən “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtonəqliyyat vasitəmin istifadəsinə məhdudiyyət qoyulması barədə mənə məktub göndərilib. Hüquq-mühafizə orqanları bu yolla bizi Aqilin qanunsuz həbsi ilə bağlı şikayət etməkdən, məsələni ictimailəşdirməkdən çəkindirməyə çalışır.

Qardaşımın evindən 9 milyon manat pul və qızıl-zinət əşyaları aparılıb. Bu barədə barədə aidiyyəti orqanlara şikayət etsək də, məsələ araşdırılmır. Əksinə qardaşım şərlənərək “12-ci İmam Mehdi” adı ilə heç bir dəlil olmadan həbs edilib.

Üzərinə həbs qoyulan avtomobil mənim şəxsi maşınımdır. Bu avtomobilimin qardaşıma, onun əmlakına heç bir aidiyyatı yoxdur. Bununla belə güc strukturları mənim avtomobilimin də üzərinə həbs qoydurub. Bu bizi susdurmaq cəhdlərindən biridir. Amma biz qardaşıma qarşı bu haqsızlığa susmayacağıq”.

M.Babayeva bildirib ki, Aqil Babayevin həbsindən sonra məhkəmədə qaldırdıqları vəsatətlərin ikisi təmin olunub:

“Qardaşımın həbsindən 3 aya yaxın vaxt keçib. Bu müddətdə yalnız soyğunçuluq faktı ilə bağlı hadisə yerinə simvolik baxış keçirilib və şahid dindirilib. Soyğunçuluğu törədənlərlə bağlı kifayət qədər dəllillər olsa da heç bir hüquqi addım atılmayıb”.

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər