"Böyük bir rol deyil, amma ordakı qonorarım burada aldığım qonorardan qat-qat çoxdur"

dogruxeber.tv: - “Heç gözləmədiyim bir anda “Azerbaijan Actors Agency”-dən Səbuhi Məmmədov mənə zəng etdi ki, Rusiyada çəkiləcək bir film-serial üçün kastinq elan olunur. Qəhrəman da mənim parametrlərimə uyğun bir türk qızıdır. Kastinqdən uğurla keçdim, təsdiqləndim. Xeyli danışıqlardan sonra Moskvaya getdim. Rol aldığım “Diplomat-2” 12 seriyadan ibarət serialdır. Ekran işi Rusiyanın birinci kanalında yayımlanacaq. Baş rollarda isə Aleksandr Lazerev və Aleksandr Andreyenka çəkilir. Rusiyaya iki dəfə, avqust və sentyabr ayının əvvəlində səfər etdim. Mənim üçün çox maraqlı idi, yeni təcrübəm idi. Heç vaxt düşünmürdüm ki, Rusiyada çox məşhur aktyorlarla çəkilib, tərəf müqabili ola bilərəm. Çox peşəkar kollektiv var idi, hər şey çox yüksək səviyyədə keçdi”

Bunu Moderator.az-a açıqlamasında bu günlərdə Rusiyada “Diplomat-2” serialına çəkilən Akademik Milli Dram Teatrının aktrisası Ləman İmanova bildirib. O daha sonra əlavə edib.

“Müxtəlif ölkələrdən sənətçilər çəkilişə qatılmışdı. Ekran işini Yevgeniy Esteqnevin şirkəti çəkirdi. Çox böyük bir iş ərsəyə gətiriblər. Rejissorundan tutmuş ən kiçik texniki işçiyə qədər hamı sənətçilərə hörmətlə yanaşırdılar. Mişa obrazını canlandıran mənim tərəf müqabilim Aleksandr Andreyenka türkcə danışmalı idi, türkcə bir kəlmə də bilmirdi. Çalışırdım ki, ona kömək edim ki, yaxşı danışsın. Onda bəzən alınırdı, bəzən isə yox. Bu səhnələr gülməli məqamlarla yadda qaldı (gülür). Amma sonunda yaxşı ki, danışa bildi. Böyük bir rol deyil, amma ordakı qonorarım burada aldığım qonorardan qat-qat çoxdur. Hətta 2-3 çəkiliş günüm olub, amma buna baxmayaraq qonorarım yüksəkdir. Üstəlik gedib-gəlməyimi də qarşıladılar. Elementar bir şeyi deyim sizə. Burada mənim üçün bileti ekonom yox, biznes klasla almışdılar. Bu da sənətçiyə olan münasibətin, hörmətin bir parçasıdır. Təbii ki, burada kastinq direktoru Səbuhi Məmmədovun da böyük rolu var. Çünki hər bir danışığı o aparırdı” deyə aktrisa bildirib.

Sənətçi onu da bildirib ki, şansı gətirən aktrisalardandır.

“Hal-hazırda da “Bir qadın” serialında çəkilirəm. Həqiqətən də oradakı kollektivdən, prodakşının rəhbəri Yaşar Əhmədovdan, rejissorumuz Şahin Qəhrəmandan çox razıyam. Bunu söz xatirinə demirəm. Bundan əvvəl də bir serialda rol almışam. Mən heç bir seriala tanışlıqla getməmişəm. Məni son məqamda axtarıb tapıblar, hansı ki, düşünüblər ki, bu rolun öhdəsindən mən gələ bilərəm. Son illərdə seriallarım ardıcıldır. Düzdü, hamımızın arzusudur ki, seriallardan böyük qonorarlar alaq. Amma indiki vəziyyətdə buna da şükür. Bu sənət hər şeydən əlavə şans tələb edir. Elə bir nüanslar var ki, orada tanışlıq keçmir. Mənim Rusiyada çəkilməyim də böyük bir şansın nəticəsidir. Çünki mənimlə paralel bir neçə aktrisanın də həm fotosu, həm də videosu onlara göndərilmişdi. Biri var ki, filmə çəkilirsən, çıxıb gedirsən. Serial isə uzundur, ən azı 8-9 ay sən eyni kollektivlə çalışırsan, uzun yola çıxırsan. Uzun yollar da insandan gözəl münasibət, xasiyyət tələb edir. Bu ən vacib amildir. Çünki xasiyyəti yaxşı olmayan, hər bir mövzuda problem çıxaran insanları uzaq başı bir dəfə çəkə bilərlər. Sonra davamlı olaraq onlar çəkilmir” deyə aktrisa bildirib.

Son xəbərlər

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Bütün xəbərlər