Yusif Qədimovun da öz qanunları var... - İDDİA

dogruxeber.tv : - Məlumdur ki, bütün dünyada koronavirus pandemiyasına qarşı xüsusi karantin rejimi tətbiq edilir, böyük ticarət mərkəzləri, ictimai-iaşə obyektləri fəalaiyyətini dayandırıb.
Təbii olaraq Azərbaycanda da ciddi karantin rejimi mövcuddur.
Ancaq deyəsən bütün bunların, “Sədərək Yusifə” zərrə qədər dəxli yoxdur.
Söhbət Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdan gedir.
Görəsən, Yusif Qədimov üçün bu ölkənin qanunları, qaydaları keçərli deyil ?
Niyə karantin qaydalarına əməl etmir ?
Adamın oğlu Prezident Administrasiyasında işləyəndə noolar ?
Adamın “patron”u Ramiz Mehdiyev olanda məgər adam ölkə qanunlarını ayaq altına atar ?
Həm də nəzərə alsaq ki, artıq Yusif Qədimovun “patron”u xeyli vaxtdır “nəm çəkib”, daha atmır…
Bəs, Yusif Qədimovu arxayın salan nədir ?
Sözün qısası, bu məchul suallara cavab axtarmaqdansa, gəlin özümüz “Sədərək”ə baş çəkək, görək orada nələr baş verir ?
Deməli, ciddi karantin qaydalarına baxmayaraq “Sədərək” Ticarət Mərkəzinə girişdə heç bir yoxlama-filan yoxdur.
Amma içəri daxil olan kimi əynində heç bir xüsusi geyim forması olmayan şəxslər başının üstünü alaraq COVİD pasportu tələb edir. Bu toydan sonra nağara söhbətinə oxşayır. Nə üçün mərkəzə daxil olanda deyil, içəridə yoxlayırlar ?
Amma buna baxmayaraq bu yaxınlarda Ticarət Mərkəzinin mühafizəyə məsul şəxsləri telekanallardan birinə müsahibə verərək bildirib ki, “Sədərək”də mühafizə ilə bağlı heç bir problem yoxdur.
Problemin buynuzu olur, yoldaş Qədimov ?
Deməli, “Sədərək”ə girişin qiyməti 50 qəpikdir, 50 qəpiyini ver, keç, heç karonavirus-zad sorğu-sualı, covid pasportu-masportu soruşan yoxdur.Elə ki, 50 qəpiyini verib içəri keçdin, başının üstün qırğı kimi alırlar və cərimələr başlayır.
Cərimələri də kim ödəsə yaxşıdır?
Əlbəttə, mağaza sahibləri.
Niyə ?
Sən vətəndaşın 50 qəpiyini alıb yoxlamadan içəri buraxırsan, sonrasa mağaza sahiblərini cərimə edirsən.
Yusif Qədimov deyəsən əla qazanc mənbəyi tapıb. Bütün ağırlıq mağaza sahiblərinin, icarədarların üzərinə düşüb.
Adama deyərlər ki, neçə ildir icarədarların hesabına milyonlar qazanmısan, bu gün, yəni karantin dövründə onlara niyə az da olsa güzəşt etmirsən ?
Karantin dövründə Sədərək Yusif mağaza sahiblərindən artıqlaması ilə kirayə-icarə haqqını alıb. Güzəşt-zad yoxdur.
Vergi məsələsində də Yusif Qədimov öz qaydalarını tətbiq edir. Mağaza sahiblərindən vergi adı ilə pul yığırlar.
“Sədərək”də 1 kv.m üçün yer haqqı 60 manatdan 150 manatadək artır.
Ticarət Mərkəzindəki icarə, vergi və digər pulları Yusifin bacısı oğlu Hacı Rasim yığır.
Yusif Qədimov təkcə “Sədərək”dən yığdığı pullarla Buzovnanın yarısını alıb. Hətta “Araz” marketin Buzovnadakı filialının binası da Yusif Qədimova məxsusdur.
“Sədərək” Ticarət Mərkəzinin “genel direktoru” Vaqif müəllim isə başqa aləmdir. Onun qəbuluna düşmək üçün gərək 3 qat “oxrana”dan keçəsən. Heç Hondurasın baş nazirini belə qorumurlar.
Deməli, mağazalar icarə haqqını 10 dəqiqə gecikdirən kimi “qoçular” mağazanı “plomb”layır, güzəşt-zad ola bilməz.
Bir neçə vacib sualla yazını yekunlaşdırırıq. Yəqin ki, növbəti yazılarda bu suallara cavab tapmağa çalışacağıq.
Mühafizə xidməti Mərkəzə daxil olanları niyə girişdə deyil, mağazaların içərisində yoxlayır ?
Vergi Xidməti niyə vergini sahibkarların, mağaza sahiblərinin özündən yığmır ?
Niyə sahibkarların ödəməli olduğu vergini Yusif Qədimov yığır ? //gundelik-baku.com//

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər