MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN “TENDER KRALI”na 3 MİLYON - Nazirlik “köhnə ənənələri” saxlayır...

dogruxeber.tv: - Əbülfəs Qarayevin nazir vəzifəsindən azad edilməsinin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək vəzifəli şəxsinin həbsi səbəblərindən biri də nazirlik tərəfindən dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və korrupsiya faktları idi. Həmin vaxt vəzifəli şəxslərlə birgə, nazirlik rəsmilərilə “əməkdaşlığa” gedən şirkət rəhbərləri də diqqət mərkəzinə gəlmişdilər...

Sözügedən nazirlikdə məlum dəyişikliklər baş versə də, qurumun əməkdaşlıq etdiyi şirkətlər demək olar ki, dəyişməyib.

“AzPolitika.info” Dövlət satınalamalarının vahid internet portalına istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin 2021-ci ildə cari və əsaslı təmiri üzrə iki, struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması üzrə isə bir tenderin qalibini elan edib.

Beləliklə, təmirlə bağlı üst-üstə cəmi 3 milyon manatlıq tenderləri “VEST-LTD” QSC, maşın və avadanlıqların alınması üzrə təxminən 1.3 milyon manatlıq tenderi isə “Stone Construction” MMC qazanıb.

Maraqlıdır ki, hər iki şirkət artıq bir neçə ildir ki, nazirliyin keçirdiyi tenderlərin daimi qalibləri sırasındadır. Mətbuatda bu şirkətlərlə bağlı müxtəlif səpkili məlumatlara rast gəlinir.

Məsələn, “VEST-LTD” QSC-nin təkcə 2020-ci ildə 22(!) böyük tenderin qalibi olduğu qeyd edilir. Bu, bir aya iki tender deməkdir. Ən azı fiziki cəhətdən bu işləri yerinə yetirmək fantastik görünür və bu səbəbdən mətbuat səhifələrində sözügüdən şirkətin müxtəlif maxinasiyaları barədə iddialar yer alır.

Məsələn, qeyd olunur ki, həmin 22 tenderlə bağlı satınalmaları həyata keçirən orqanlar əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları olub. Həmçinin, şirkət ötən ilin noyabrında Dövlət Turizm Agentliyinin 3.3 milyon manatlıq tenderini qazanıb.

2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan “Vest -LTD” MMC-nin qanuni təmsilçisi Şahin Verdəliyev olsa da, mətbuatda şirkətin əsl sahibinin Bakı Şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev olduğu iddia edilir.

O da maraqlıdır ki, çoxsaylı və milyonluq tenderləri qazanan şirkətin nə saytına, nə də sosial şəbəkələrdə səhifəsinə rast gəlinmir. İddia olunur ki, bu şəxs tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir. Bu sahədə onun ən məhşur şirkətlərindən biri 28.03.2019 – 24.10.2019 dövründə(179 gündə) 234 müsabiqənin qalibi olan və ümumilikdə 73 milyon manatlıq satınalmalara sahiblənən “İnpeks.N” şirkəti sayılır...

Ölkə başçısı da dəfələrlə tenderlərlə bağlı yol verilən korupsiya hallarını tənqid edib. Lakin göründüyü kimi, nazirlər, icra başçıları, komitə rəhbərləri və s. dəyişsə də , “tender kralları” dəyişmir və öz işlərinin başındadırlar...//“AzPolitika.info”

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər