"Axı niyə Azərbaycanda Xameneyinin rəsmi təmsilçisi olmalıdır?" - HƏQİQƏTƏN DƏ...

dogruxeber.tv: - Azərbaycan-İran münasibətlərində hər dəfə gərginlik yaşananda mediada, ictimaiyyət arasında bir ad da gündəmə gəlir: höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad.

Bu da təsadüfi deyil: adam İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsidir. Ocaqnejad nə az, nə çox – düz 30 ildir Bakıdadır. Bunun özü çox müəmmalıdır və dolayısı ilə onun “xüsusi missiya"sından xəbər verir.

Bu illər ərzində İranın Azərbaycanda neçə səfiri dəyişib, Ocaqnejad isə “dəyişməz"dir. Çünki onun İran hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş vəzifəsi adi diplomatik fəaliyyətdən islam rejimi üçün daha önəmlidir, baxmayaraq ki, pərdələnmək naminə onun özü də diplomat statusu daşıyır.

Ocaqnejad onilliklərdir Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparır.

Bu iş açıq çıxışlar və dini təbliğatla yanaşı, geniş məxfi fəaliyyəti də ehtiva edir.

Yəni Azərbaycanda İranın 5-ci kolonunun formalaşdırılması işinə bilavasitə Ocaqnejad rəhbərlik edir. Bu mənada Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsi onun təlimatları və tövsiyələri ilə fəaliyyət göstərir, Ocaqnejad bir növ islam rejiminin açıq və gizli təmsilçilərinin işinin koordinasiyasını həyata keçirir.

Onun dini və diplomatik statusa qətiyyən uyğun gəlməyən bu fəaliyyəti barədə zaman-zaman Azərbaycan mətbuatında yazılar və müsahibələr dərc olunub, İran casuslarının ifşası ilə bağlı işlərdə vaxtaşırı onun adı hallanıb.

Hətta illər öncə Amerikadakı İran müxalif qruplarına bağlı internet saytları Ocaqnejadın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına başçılıq etdiyini və İranın xüsusi xidmət və "Еttelaat" orqanları üçün agentlərin “verbovka"sı, yəni cəlb edilməsi ilə məşğul olduğunu yazmışdılar.

2011-ci ildə Azərbaycan тəhlükəsizlik orqanlarının məsuliyyətə cəlb etdiyi “Cəfəri” adlı radikal dini qrup üzvlərinin İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi və İran Mədəniyyət Mərkəzinin əməkdaşları ilə sıx əlaqədə olduğu açıqlanmışdı. Hər iki qurum Ocaqnejadın rəhbərliyi altında fəaliyyət göstərirdi.

Ocaqnejad Azərbaycanda İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və ilk sədri olub. 1996-cı ildə isə аyətullah Əhməd Sabiri Həmədanidən sonra o, İranın ali rəhbəri аyətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Onun bu statusu daim Azərbaycan cəmiyyətində suallar doğurub.

Axı niyə Azərbaycanda Xameneyinin rəsmi təmsilçisi olmalıdır? Azərbaycan müstəqil dövlətdir, ölkə Konstitusiyasına görə, din dövlətdən ayrıdır.

Bununla belə ölkədə vicdan azadlığına riayət olunur, din-dövlət münasibətləri müvafiq qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tənzimlənir. İranla ikitərəfli diplomatik əlaqələr isə Bakıda və Tehranda fəaliyyət göstərən səfirliklər vasitəsilə həyata keçirilir.

Belə olan surətdə dini nümayəndəliyə nə ehtiyac? Üstəlik, həmin nümayəndəliyin rəhbəri dini işlərin hüdudlarını aşan siyasi və ideoloji fəaliyyətlə məşğuldursa!

Azərbaycanın təhlükəsizlik və hüquq mühafizə (intizami) orqanları “Ocaqnejad ağa”nın ölkədəki fəaliyyətindən yaxşı xəbərdardırlar. Lakin İranın dövlət quruluşunun xüsusiyyətini nəzərə alaraq, ikitərəfli əlaqələrə xələl gətirməmək naminə ona qarşı sərt tədbir görmək indiyədək məqsədəuyğun sayılmayıb.

Bununla belə son vaxtlar Azərbaycan-İran münasibətlərində baş verənlər, o cümlədən, аyətullah Xameneyinin açıqlamaları nəzərə alınaraq, onun nümayəndəsi Ocaqnejad arzuolunmaz şəxs kimi Azərbaycandan çıxarılmalı və ölkənin dini həyatına İranın müdaxiləsinə son qoyulmalıdır.

Elçin Alıoğlu //pravda.az//

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər