SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub - TƏFƏRRÜAT

dogruxeber.tv : - Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət edib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Bildiirlir ki, şirkət, eyni zamanda, adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz ediblər. Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilib.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsəinə baxılır.

Xatırladaq ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə SOCAR, SOCAR Trading SA, SOCAR Overseas Ltd. və Azerbaijan (ACG) Limited şirkətləri tərəfindən 2018-ci ildə həmin şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə - London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə - müraciət olunmuşdur. Nəticədə, 2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilmişdir. Arbitraj məhkəmələrində “Palmali” şirkətlər qrupunun və qrupun rəhbəri Mübariz Mənsimovun SOCAR-a 240 milyon ABŞ dollarından artıq pul təzminatı ödəməsinə qərarlar çıxarılmış, eyni zamanda cavabdeh tərəfin əks iddiaları rədd edilmişdir. Göstərilən məbləğin “Palmali” tərəfindən tam ödənilməsinə qədər həmin məbləğə faizlər hesablanması da davam etdiriləcəkdir.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər