gundem / siyaset
18.10.2021, 10:32
Qətərin XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir
"dogruxeber.tv" “Report”a istinadən xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.


