AMEA Botanikaİnstitutunun yeni direktoru kollektivə təqdim edilib

dogruxeber.tv: - Oktyabrın 18-də AMEA-nın Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə institutun direktoru vəzifəsini icra edən təyin edilmiş, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva kollektivə təqdim olunub.

DİA.AZ xəbər verir ki, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib,botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb .Qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Botanika İnstitutunun fəaliyyəti bundan sonra da professor S.İbadullayevanın rəhbərliyi altında uğurla davam etdiriləcək.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvu Novruz Quliyev S.İbadullayevanın ictimai, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən bəhs edib. Onun rəhbər kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə edib.

İnstitutun əməkdaşları AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.e.d. professor, Eldar Novruzov, b.e.d. Naibə Mehdiyeva, b.ü.f.d. Rəşad Səlimov çıxış edərək yeni təyinat münasibətilə S.İbadullayevanı təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.

Sonda çıxış edən İnstitutun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva kollektivi salamlayaraq ona göstərilən etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, institutun rəhbəri kimi qarşısında duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər