Niyə məhz ilk olaraq Füzuli hava limanı inşa edildi? - AÇIQLAMA

dogruxeber.tv: - "Füzuli hava limanının həm siyasi, həm də iqtisadi tərəfdən müəyyən avantajları var".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı bildirib ki, Füzuli hava limanı iki qitə arasında əlaqələndirici mərkəz halına gələcək:

"Siyasi tərəfini siyasətçilər daha yaxşı izah edə bilərlər. İqtisadi tərəfdən Füzuli hava limanı Qarabağın giriş və açar nöqtəsi hesab ediləcək bir strateji yerdə yerləşir. Analiz etsək görərik ki, ümumiyyətlə bir neçə istiqamətdə Füzuli hava limanının bizim üçün strateji əhəmiyyətləri mövcuddur. Bunu ilkin olaraq Prreizdent İlham Əliyev həmin əraziyə səfərində də qeyd etdi ki, Qarabağ turistik ərazidir. Qarabağda baş verən vandalizmi həm göstərmək, həm də yenidən qurulan layihələri turistik layihələri xarici ölkələrin vətəndaşlarına nümayiş etdirib daha çox turist cəlb etmək üçün bu hava limanı bizim üçün çox önəmli bir layihə hesab olunur. Təbii ki, biz zamanla Zəngilanda da, Cəbrayılda da tikiləcək hava limanından, eyni zamanda Füzulidəki hava limanından da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızdakı bütün potensialımızı göstərmək üçün istifadə edə biləcəyik. Amma ilkin olaraq 1 il müddət ərzində həm ərazilərin minalardan təmizlənməsi, həm orada hava limanının tikilməsi və qısa müddət ərzində də istifadəyə verilməsi təbii ki, bu layihənin olduqca strateji və çox əhəmiyyətli olduğunu göstərir.

Füzuli hava limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanını artırır. Xarici investorlar hər zaman investisiya yatırdığı regionda hava limanının və nəqliyyat infrastrukturunun uyğun olmasına xüsusi diqqət yetirirlər. Bu baxımdan düşünürəm ki, Füzuli hava limanının orada qurulması həm də Qarabağ investisiya axınına səbəb olacaq.

Bu hava limanının üçüncü iqtisadi əhəmiyyəti təbii ki, ixrac potensialını gücləndirməsi ilə bağlıdır. Regionun olduqca həm kənd təsərrüfatı, həm mədən sənayesi, sənaye məhsullarının istehsalı ilə bağlı olduqca zəngin ehtiyyatları mövcuddur və təbii ki, bu ehtiyyatları gələcəkdə istifadə edib, hansısa yeni məhsulların istehsalı və onların eyni şəkildə beynəlxalq xarici ölkələrə ixracını təmin etməkdə Füzuli hava limanı xüsusi dəstək rolunu oynayacaq. Təbii ki, bu da ölkə səviyyəsində hava limanının özünün xüsusi çəkisini, əhəmiyyətini artıracaq.

Hava limanının Avropa və Asiyanı birləşdirən İpək Yolunun üzərində yerləşməsi Füzuli aeroportunun iki qitə arasında əlaqələndirici mərkəz halına gələ bilər. Təbii ki, Zəngilanda logistik mərkəzin açılışı ilə bağlı Prezidentin də uyğun gördüyü müəyyən layihələr mövcuddur. Eyni zamanda Zəngəzur dəhlizi ilə Avropaya çıxış imkanı, artıq Asiyadan gələn yüklərin Avropaya daşınmasında da Füzuli hava limanının xüsusi rolu olacaqdır ki, bu, həm gəlir baxımından Azərbaycan üçün çox əlverişlidir, həm də strateji olaraq xüsusi əhəmiyyəti var".

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər