"Nə vaxt Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna kömək üçün getsə, “olmaz, olmaz” deyib yola salırlar" - Şəhid anası niyə intihara cəhd edib?

dogruxeber.tv: - Sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan Sahib Həsənovun anası Vüsalə Məmmədovanın bu gün dərman içərək intihara cəhd etməsi məlumatı yayılıb.

Cebhe.info-ya açıqlamasında şəhidin nənəsi Almaz Məmmədova məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Vüsalə Məmmədovanın intihar etməsinə səbəb maddi durumunun aşağı olmasıdır:

[center]"Nə vaxt Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna kömək üçün getsə, “olmaz, olmaz” deyib yola salırlar" - Şəhid anası niyə intihara cəhd edib?

“Bir ildir qızımın övladı şəhid olub, bu bir ildə hələ Gəncə şəhər İcra Hakimiyyətindən bir dəfə kömək görməyib. Nə vaxt Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna kömək üçün getsə, “olmaz, olmaz” deyib yola salırlar, qəbul eləmirlər. Kirayədə yaşayır, 200 manat kirayə puludur, qaz, işıq puluyla bir yerdə ayda 250 manat pul lazımdır. Mən olmasam, o qız yaşaya bilməz. Mən də nə qədər kömək eləyə bilərəm axı?!

Əvvəllər ana-bala işləyib yaşayırdılar. Biri kirayə pulunu ödəyirdi, biri gündəlik yaşayışı. İndi tək qalıb. Onun oğlundan başqa heç kimi, heç nəyi yox idi. O da şəhid oldu. Bunlar da heç bir şeyə kömək etmirlər. Nə dolanışığa, nə kirayə puluna. O da bezdi, dedi, daha mən niyə yaşayıram? Onu qınamıram, hamımız yorulmuşuq”.

1979-cu il təvəllüdlü Məmmədova Vüsalə Gülbala qızı hazırda Gəncə şəhər 3 saylı xəstəxanadadır. Anası Almaz xanımın sözlərinə görə, qızının vəziyyəti yaxşı deyil, həkimlər tibbi yardım göstərirlər. Almaz Məmmədova onu da vurğulayıb ki, intihara cəhd xəbəri yayılandan sonra da Gəncə şəhər İcra Hakimiyyətindən vəziyyətlə bağlı maraqlanan olmayıb. Qeyd edək ki, Vüsalə Məmmədovanın oğlu Həsənov Sahib Azər oğlu 17 oktyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olub. Məsələylə bağlı İcra Hakimiyyəti ilə əlaqə cəhdimiz baş tutmayıb. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər