gundem / siyaset
10.11.2021
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 6831-ə çatıb
Ermənistanda daha 1675 nəfərdə koronavirus aşkarlanıb.
"dogruxeber.tv" “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 324 039 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 69 nəfər ölüb. Bununla da ölənlərin sayı 6831-ə çatıb.


