Heydərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsini RAM EDƏ BİLƏCƏKMİ? - Patriarxın son savaşı...

dogruxeber.tv: - Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş gedir. Əgər bu savaşı Komitə qazanarsa, FHN-nin demontaj olunması prosesi sona çatacaq...

Bir zamaların fövqəlnaziri, hazırda isə sıradan bir nazirə çevrilən və dövlətin idarə olunmasında demək olar ki, bütün rolunu itirən Kəmaləddin Heydərov indi əlindəki son “yağlı tikəsini” də itirmək təhlükəsini yaşayır. Belə ki, Fövqəladə Hallar Nazirliyi tikintiyə nəzarət funksiyasını itirə bilər ki, bu da əslində Kamaləddin Heydərovun nüfuz dairəsinin məhdudlaşdırılmasına son zərbə olaraq dəyərləndirilməlidir.

Bu barədə PİA.az-a daxil olan məlumata görə artıq bir müddətdir ki, tikintiyə nəzarət uğrunda Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş gedir. Məlumata görə Tikintiyə Nəzarət Xidmətinin bir çox funksiyaları yaxın zamanlarda “Bir pəncərə” ASAN Xidmətinə verilə bilər və artıq bunun üçün böyük hazırlıqlar arxada buraxılıb. Lakin məsələnin mübahisəli tərəfi ondan ibarətdir ki, ASAN Xidmətdə tikinti təhlükəsizliyinə aid sənədləşdirilməni kim həyata keçirəcək? Yəni bu səlahiyytələr hansı quruma veriləcək. Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş da bununla bağlıdır. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu səlahiyyətləri özü üçün istəyir. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ancaq tikintiyə icazə verir və layihələri təsdir edir. Lakin məntiqi olaraq Komitə tikintidə son prosesə qədər nəzarəti öz əlində toplamağa çalışır və bunun üçün də mübarizə aparır.

Qeyd edək ki, tikintilərdə təhlükəsizliyə nəzarəti isə hazırda Fövqaladə Hallar Nazirliyi həyata keçirir.

Prezidentin sərəncamı ilə 2006-cı ildən FHN-nin nəzdində “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi” fəaliyyət göstərir və bu Agentlik əslində FHN-nin ən “yağlı tikəsi” hesab olunur. Əsasnaməyə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Yəni əslində bütün tikinti prosesi və tikintinin istismara qəbul olunması üzərində Kamaləddin Heydərovun birbaşa monopoliyası mövcuddur. Nəzərə alsaq ki, son 20 ildə Bakı şəhəri tikinti meydançasına çevrilib və ölkənin bir çox rayonlarında böyük tikinti işləri gedir, bu halda Kamaləddin Heydərovun əlində olan bu “tikənin” nə qədər “yağlı” olduğu da özü-özlüyündən məlum olur.

“Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi”nə isə Heydərovun ən sadiq adamlarından biri Cəbrəyıl Xanlarov rəhbəırlik edir. Xanlarovun adı zaman-zaman yerli mətbuatda müxtəlif rüşvət və korrupsiya qalmaqallarında hallansa da, onun Kəmaləddin Heydərov üçün vaz keçilməz adamlardan biri olduğu deyilir.

Bəzi məlumatlara görə Kəmaləddin Heydərov tikintiyə nəzarətin əlindən alınmasını rəhbərlik etdiyi qurumun “klinik ölümü” kimi dəyərləndirir və heç bir halda bu nəzarəti əlindən verməklə nazir olaraq fəaliyyətini davam etdirməyi proqnozlaşdırmır. Mənbə qeyd edib ki, hazırda rəsmi və qeyri FHN tikinti aparan qurumlara müxtəlif xəbərdarlıqlar ünvanlayır və bu xəbərdarlıqlar bir çox hallarda FHN-nin rəsmi pres-relizləri kimi də yayımlanır.

Mənbə iddia edir ki, əgər aparılan gizli savaşda obyektiv və subyektiv səbəblərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalib gələrsə, bu əslində FHN-nin “demontaj” olunmasının son mərhələsi olacaq və bu itki ilə faktiki oaraq Kəmalədiin Heydərovun bir zamanlar ümumölkə səviyyəsində formalaşdırdığı korrupsiya şəbəkəsindən kənara itələnməsi ilə yanaşı, həm də onun son “gəlir yeri”ndən də məhrum olması kimi dəyərləndirilə bilər.

Son xəbərlər

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

Bütün xəbərlər