Saleh Məmmədovun çevrəsində NƏLƏR BAŞ VERİR? - İDDİA

dogruxeber.tv: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayevlə ikinci müavin Hüsnü Quliyev arasında nüfuz savaşı gedir. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Agentliyin sədri Saleh Məmmədovun Hüsni Quliyevin tərəfini tutması Əvəz Qocayevdə qəzəb hissi yaradıb və birinci müavin Saleh Məmmədovun BDU-nun hüquqşünas diplomunu necə əldə etməsi barədə məlumatlar yaymaqla hər kəsə meydan oxuyur.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayev haqqında son aylar ölkə mətbuatında xeyli sayda məlumatlar dərc etməkdədir. Bu məlumatlar əsasən deyə bilərik ki, Saleh Məmmədovun birinci müavini sözün həqiqi mənasında oliqarx məmura çevrilib.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Əvəz Qocayev bütün işləri öz nəzarəti altına almaq məqsədi ilə Hüsnü Quliyevi sıxışdırmağa çalışır. Lakin Saleh Məmmədovun Əvəz Qocayevdən daha çox Hüsnü Quliyevə etimad nümayiş etdirməsi Agentlikdə vəziyyəti gərginləşdirir.

Belə ki, daxil olan məlumatda iddia olunur ki, vəziyyəti öz xeyrinə dəyişməyə can atan Əvəz Qocayev Saleh Məmmədovun Hüsnü Quliyevə etimad göstərməsini qəbul etməyərək bəzi dairələrə davamlı olaraq ikinci müavin haqqında mənfi məlumatlar ötürür. Məlumata görə Əvəz Qocayev Hüsnü Quliyevin ikinci müavin vəzifəsinə təyinat almasını təsadüf sayır. Hətta birinci müavin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyində ən səriştəli məmurun özü olmasını tez-tez gündəmə gətirir.

Məlumatda bildirilir ki, Əvəz Qocayev öz ətrafına Hüsnü Quliyevin SSRİ vaxtında Bakı Kooperativ Texnikumunu zorla bitirdiyini və sonradan biznes fəaliyyəti ilə məşğul olduğu vaxtlarda rüşvət yolu ilə Odlar Yurdu Universitetinin (2002-ci ildə) diplomunu almasını gündəmə gətirərək Hüsnü Quliyevin saxta diploma sahib olduğunu vurğulayır. .

Redaksiyamıza verilən məlumatda qeyd edilir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmdədovun son aylar bir şox tapşırıqları Hüsnü Quliyevə həvalə etməsi Əvəz Qocayevi daha da əsəbləşdirir. Məhz bu əsəbilik fonunda Əvəz Qocayev bir neçə ay öncə doğma rayonu Tovuzda yaxın ətrafının təşkil etdiyi məclisdə sədrə olan qəzəbini boğa bilməyərək Saleh Məmmədovun 2005-ci ildə Bakı Dövlət Universitetininin “Hüquq” fakültələsinin diplomunu necə əldə etməsi “əhvalatı”nı ortaya atıb.

Məlumatda o da vurğulanır ki, Əvəz Qocayevin sədrin ən yaxın adamı olan ikinci müavin Hüsnü Quliyevi özünə rəqib seçməsi ondan xəbər verir ki, üzümüzə gələn ildə birinci müavinin Saleh Məmmədovla münasibətlərində ciddi problemlər ortaya çıxacaq.
Bu yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.//dia.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər