gundem / siyaset
18.11.2021, 13:05
PKK-nın rəhbər şəxslərindən biri öldürülüb
PKK/KCK terror təşkilatının qurucularından Əli Heydər Kaytan İraqın şimalında öldürülüb.
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyat vaxtı zərərsizləşdirilən terrorçular arasında PKK/KCK-nın qurucularından “Fuat” kod adlı Əli Heydər Kaytanın da var.


