Ox yaydan çıxıb: Paşinyan üçün son şans - GƏLİŞMƏ

dogruxeber.tv: - Azərbaycana səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuku Prezident İlham Əlieyv qəbul edib.

Görüşdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli komissiyanın Cənubi Qafqazda kommunikasiyaların qarşısının alınması üzrə fəaliyyəti, eləcə də gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılmasının regionda sabitliyə və iqtisadi inkişafa töhfə verəcəyi qeyd edilib.

Qeyd edək ki, Aleksey Overçuk Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət komissiyanın üzvüdür. Ona görə də rəsmi Moskvanın vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşü ərəfəsində Aleksey Overçukun Bakıya səfər edərək nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına dair danışıqlar aparması yaxın günlərdə bu istiqamətdə razılaşmanın əldə olunacağını deməyə əsas yaradır. Çox güman ki, Azərbaycanın və Rusiyanın dövlət başçıları Soçidə Nikol Paşinyanı ilk növbədə, 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməyə, yəni Zəngəzur dəhlizinin açılmasının vacibliyinə inandırmağa çalışacaq.

Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan indiyə qədər kommunikasiya xətlərinin açılmasına mane olsa da, artıq bu imkanları tükənib:

“Ona görə də Ermənistan götürdüyü öhdəliklərə uyğun olaraq nəqliyyat və kommunkasiyaların blokdan çıxarılmasına razılıq verməli olacaq.

Artıq ox yaydan çıxıb və hədəfə doğru gedir. Biz Ermənistanın pozucu siyasətinin şahidi oluruq və görürük ki, onlar xarici qüvvələri bu prosesə qatmaqla öhdəlikdən yayınmağa çalışırlar. Ancaq bir halda ki, üç ölkənin liderinin mövqeyini əks etdirən iki bəyanat səsləndirilib, bölgədə kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatının təşəkkül tapması qaçılmazdır.

Ermənistan bu məsələdə sabotaj cəhdlərinə əl atırdı. İndi isə bəhanələr qalmır. Çünki Ermənistan hökumətinin başçısı küncə sıxılıb. Paşinyan bir müddət boşluqlardan isifadə edib nə “hə”, nə də “yox” deyirdi. Bununla da Paşinyan Rusiyanı inandırmağa çalışırdı ki, problemləri həll etmək, lazım olan məqsədə çatmaq üçün güc toplayır. Amma indi bütün proseslər tətbiqi xəttə gəlib çatıb. Çünki bir ildən artıqdır müharibə dayanıb.

Ermənistan sərhəddə təxribata əl atmaqla müharibənin başa çatmadığını, bölgədə gərginliyin qaldığını nümayiş etdirmək istəyir. Ancaq bu proseslərin mahiyyəti itib. Bu görüşlər də sözdən əməli işə keçməyin vacibliyini nəzərdə tutur. Burada əsas maneə Ermənistan özü idi. Paşinyan bütün ölkədə vəziyyəti nəzarətə götürsün. Ona görə ki, Ermənistanda küçə etirazları davam edir. Bir tərəfdən, Rusiyaya əleyhinə şüarlar səsləndirilir. Digər tərəfdən, ABŞ-a müraciət edirlər ki, gəlin bizi bu bəladan qurtarın.

Ancaq ABŞ, Qərb uzaqdır. Regionda isə Rusiya, Türkiyə, Azərbaycan, İran var. Bu baxımdan, Ermənistanın bəhanəsi qalmır. Biz artıq yeni bir səhifəni açmaq ərəfəsindəyik. Həmin səhifə nəzərdə tutulan planlarla bağlıdır. Azərbaycan, Rusiya, Türkiyə eyni dalğaya köklənib. Azərbaycan Prezidenti də demişdi ki, biz Ermənistanın da bu prosesə qatılmasına və “Dördlük” formatına heç bir etiraz etmirik. Lakin Ermənistan bunu istəməlidir və sözdə yox, əməldə göstərməlidir.

Bu, Ermənistana hamıdan çox lazımdır. Çünki Ermənistanın iştirakı olamadan da Azərbaycan enerji və kommunikasiya layihələrinin həllini təmin edib. İndi o proseslərin üzərinə yeni dividentlər də gələ bilər ki, bundan Ermənistan da xeyir götürə bilər”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər