Ukraynada NƏ BAŞ VERİR? - GƏLİŞMƏ

dogruxeber.tv: - Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinin baş verəcəyi barədə məlumat aldığını bəyan edib. O, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib. V.Zelenski qeyd edib ki, Ukrayna və Rusiyanın bəzi nümayəndələri arasında iş adamı Rinat Axmetovun ölkədə çevrilişdə mümkün iştirakı ilə bağlı müzakirələr barədə məlumat var. "Deyə bilərəm ki, bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlar da var.

Ukraynadan olan nümayəndələr Rusiya nümayəndələri ilə Rinat Axmetovun Ukraynada çevrilişdə iştirakı və bunun üçün 1 milyard dollar cəlb etmək məsələsini müzakirə edirlər. Onu Ukrayna dövlətinə qarşı müharibəyə cəlb edirlər. Məncə, buna başlayıb. Lakin bu onun böyük səhvi olacaq, çünki siz öz xalqınıza, Ukrayna xalqının seçdiyi prezidentə qarşı mübarizə apara bilməzsiniz”, - deyə V.Zelenski bildirib. O, Yanukoviç olmadığını, ölkədən qaçmayacağını deyib.

Zelenskinin fikirlərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ukraynada Rusiyanın bir çox sferalarda şəbəkəsi var. Politoloqun sözlərinə görə, V.Zelenski orduda olduğu kimi digər sahələrdə də çalışır ki, Rusiyaya bağlı iş adamlarını, oliqarxları zərərsizləşdirsin və bu istiqamətdə siyasət aparır:

"Təbii ki, bu, Ukraynanın güclənməsinə və separatizmə qarşı Donbasda hərbi əməliyyatlar aparmasında Kiyevin əlini gücləndirir. Amma düşünmürəm ki, Rusiya dekabrın 1-də Renat Axmetovun əli ilə dövlət çevrilişi etsin. Sadəcə bu, Rusiyaya yaxın qüvvələrin neytrallaşdırılmasıdır”.

Oxunub: 856

Son xəbərlər

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

Bütün xəbərlər