Yeni böhran qapıda? - “Məlumatları izləməkdən başqa çarə yoxdur”

dogruxeber.tv: - WTI markalı xam neft fyuçerslərinin qiyməti koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantının (B.1.1.529) aşkarlanması fonunda təxminən 13% ucuzlaşıb.

WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın ucuzlaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

Qeyd edək ki, Cənubi Afrika ölkələrində meydana gələn koronavirusun yeni ştammı ilə bağlı olaraq dünyanın bir çox nəhəng dövlətləri mədudiyyətlər tətbiq etməyə başlayıblar. Bu məhdudiyyətlərlə əlaqədar olaraq insanların daha az səyahət edəcəyi və nəticədə enerji istehlakının azalacağı gözlənilir. Bu isə öz növbəsində artıq indidən neftin qiymətlərində özünü biruzə verməyə başlayıb.

Maraqlıdır, neftin qiymətinin aşağı düşməsi ilə birlikdə dünya iqtisadiyyatı yeni böhrana doğru gedir?

Mövzu ilə bağlı “Cümhuriyət”qəzetinə açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, hazırda dünya iqtisadiyyatında çox təhlükəli vəziyyət yaranıb:

“İlk növbədə onu qeyd etmək lazımdır, bütün bu proseslər ardıcıl olaraq yaşandı. Bir müddət öncə ABŞ Prezidenti Co Bayden neft qiymətlərinin ucuzlaşması ilə bağlı iddialı təkliflər irəli sürmüşdü. Bununla bağlı hətta bir neçə ölkə müəyyən bir koalisiya yaradaraq strateji neft ehtiyatlarından istifadə etmək qərarı qəbul etmişdilər. Onların bu fəaliyyəti neftin qiymətini aşağı salmaq məqsədi daşıyırdı. Paralel olaraq isə Cənubi Afrikada koronavirusun yeni ştammının yarandı. Bununla əlaqədar olaraq dünyanın ən iri aviadaşıyıcıları Afrika qitəsinə uçuşları dayandırdı. Bu isə avtomatik olaraq ən böyük istehlakçıların bazardan kənarlaşması deməkdir. Əlbəttə ki, bu da istehlak həcminə müəyyən təsirlər edir”.

F.İbrahimov deyib ki, cərəyan edən hadisələr neftin qiymətinin aşağı düşməsinə və oradan qalxmaması üçün təzyiq altında saxlaya bilər:

“Ümumiyyətlə, bu gün bazar şəffaflıq tələb və təklifin üzərində formalaşıb. Ona görə də bu hadisə neftin qiymətinə təsir edir. Nəticə etibarilə, mövcud vəziyyət neftin qiymətinin kəskin aşağı düşməsinə şərait yarada bilər. Hazırda isə məlumatları izləməkdən başqa çarə yoxdur”.

Son xəbərlər

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Bütün xəbərlər