“İran bizdən xəbərsiz Xudafərində...” - deputat

dogruxeber.tv: - “İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı Aşqabadda hiss edilirdi ki, Azərbaycan və İran arasındakı mövcud gərginlik arxada qalıb. Hər iki ölkənin prezidentlərinin bir araya gəlməsi, müzakirələr aparması və müsbət mesajlar verməsi bunun göstəricisi idi. Əslində Azərbaycan heç vaxt İranla gərgin münasibətlərin olmasını arzu etməyib. Hesab edirəm ki, İran da bu haqda düşünməlidir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-İran münasibətlərindən danışarkən deyib.

Onun fikrincə, Azərbaycan-İran münasibətlərində hansısa dövrlər gərginlik müşahidə edilir: “Bir daha qeyd edim ki, Azərbaycan qonşuları ilə gərgin münasibətlərin olmasını arzu etməyib. Amma İran tərəfindən müəyyən hərəkətlər olub. Məsələn, Xəzər dənizində. Elcədə İran bizdən xəbərsiz Xudafərin su elektrik stansiyası tikirdi. Amma biz onu məcbur etdik ki, bu mövzunu bizimlə razılaşdırsın və sonra işlərə başlasın. Yəni bu kimi hallar mövcud olub. İndi İran da çalışmalıdır ki, əlaqələr yaxşı olsun və inkişaf etsin”.

R. Musabəyov qeyd edib ki, Azərbaycan-İran münasibətlərində gərginlik azalsa da, rəsmi Tehran yenə Ermənistanın maraqlarını qoruyacaq: “Çünki İrana belə sərf edir. Əvvəla bunlar sərhəd ölkələridir. Digər tərəfdən, mümkündür ki, İran bank hesabları və maliyyə əməliyyatlarını bu ölkə vaitəsilə edə bilər. Dünyaya yayılan erməni disasporası var və İranın onlardan istifadə etməsi də mümkündür”.

Politoloqun sözlərinə görə, İran anlayır ki, Azərbaycan və Ermənistanın əhəmiyyəti tam fərqli ölçüdədir: “Yəni Ermənistan İran üçün Azərbaycan qədər əhəmiyyətli ola bilməz. Lakin bir daha təkrar edirəm ki, İran Ermənistanın saxlanılmasında maraqlıdır, amma bu o demək deyil ki, İran ermənilərin dediyi ilə hesablaşacaq”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər