Bakıda tüfeyli həyat tərzi keçirən gənclərin qanlı davası - TƏFƏRRÜAT

dogruxeber.tv: - Bakının Nəsimi rayonunda 1997-ci il təvəllüdlü Roman şəxsi münasibətlər zəminində həmyaşıdı Asimə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Roman 31 avqust 2020-ci ildə, saat 18 radələrində rayon ərazisində yerləşən yarımtikiliyə daxil olub və orada yatmaq istəyib.

Bu zaman həmin yerdə olan tanışı Asim onun yarımtikilidə yatmasına etiraz edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Roman mübahisə zəminində özündə olan bıçaqla Asimi vurub.

İstintaq orqanı tərəfindən Romanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Roman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Asimi əvvəllər tanıyıb, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmayıb: “Tüfeyli həyat tərzi yaşadığımdan Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən sahibsiz yarımtikililərdə yaşamışam. Avqustun 31-də, təxminən saat 18 radələrində yarımtikilidə uzanaraq yatmaq istəyirdim. Bu vaxt Asim yarım tikilinin digər tərəfində uşaqlarla oturub, söhbət ediblər. Həmin vaxt Asim digər şəxslərdən birinin sualına yüksək səslə cavab verdiyindən sonuncuya yüksək səslə danışdığına görə irad bildirdim. Asim mənə qarşı nalayiq ifadə işlətdi. Asimin mənimlə bu tərzdə danışmağından və mənə qarşı nalayiq ifadə işlətməsindən əsəbləşdim. Onun yanına gəldim və məsələyə aydınlıq gətirməyə çalışdım. Hər ikimiz əsəbi olduğumuzdan bir-birimizə qarşılıqlı olaraq nalayiq ifadələr işlətdik. Həmin vaxt yaxınlıqda olan digər şəxslər uzaqlaşdı. Bizim mübahisəmiz ikimiz arasında davam etdi. Asimin mənə qarşı nalayiq ifadələri təkrarladığından özümdə olan bıçaqla onu vurdum”.

Məhkəmədə ifadə verən zərərçəkmiş xəstəxanada müalicə alıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirib.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb.

Hökmə görə, Romanın əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib.

Hakim Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə ittihama xitam verib və Roman cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər