Niyazi Bayramov GƏNCƏNİ SATIŞA ÇIXARIB... - ŞIDIRĞI ALVER GEDİR...

dogruxeber.tv: - Gəncənin icra başçısı Niyazi Bayramov da sələfi Elmar Vəliyevin yolunu gedir. Elmar Vəliyev işlədiyi dönəmdə şəhərdə haranı görürdüsə qanunsuz sərəncamlarla satırdı. Şəhərin Kəpəz və Nizami rayonlarının icra başçıları da ona qoşulmuşdular. İndi isə yeni mer şəhərsalma və arxitektura normalarını zorlayaraq bir az da irəli gedib qanunvericiliyin müəyyən tələblərinə riayət etmədən Gəncənin tam mərkəzində, Bayraq Meydanı ilə üzbəüz olan Gəncəçayın sağ sahilini satıb. Çay sahilinin ətrafında bir müddətdir ki, əzəmətli ticarət mərkəzinin tikintisi aparılır.
Demokratik TV-yə şəhər sakinləri bildiriblər ki, çayın sağ sahilində, qorunma zolağında reallaşdırılan tikilinin əsl sahibi Niyazi Bayramovun dostu, eyni zamanda həmkarı, Balakənin hazırki icra başçısı İslam Rzayevdir.
Xatırlatma edək ki, Gəncədə mövcud olan körpülərin təmir-bərpasına, eləcə də Gəncə çayının sağ və sol sahillərində sel və daşqınların qarşısının alınması məqsədilə bəndbərkitmə işlərinə dəfələrlə dövlət vəsaitləri ayrılıb.
Niyazi Bayramov Gəncəyə rəhbər gəlişinin ardından, Prezidentin 19 may 2019-cu il tarixli sərəncamı ilə Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manatın ayrılması da diqqət çəkir.
Maraqlıdır ki, həmin sərəncamdan irəli gələn məsələlərin həllini tam şəkildə reallaşdırmayan, milyonlarla vəsaitin müqabilində hələ də şəhərin yararsız körpü mühitini “qoruyub” saxlayan Niyazi Bayramov necə belə asanlıqla körpünün ətrafını və çay məcrasını tikiliyə qərq edə bilir.
İnanırıq ki, sözügedən məsələ barədə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi məntiqli açıqlama yaya biləcək...

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər