“İdeal”ın keçmiş sahibinin işi YEKUNLAŞIR... - Rəsmi sənədlər tədqiq edilib

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.

"dogruxeber.tv" Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Sonuncu prosesdə məhkəmə istintaqı sənədlərin elanı və tədqiqi ilə davam edib. Müdafiə tərəfinin vəsatəti əsasında elan olunan sənədlərdən məlum olub ki, ittihamın iş materiallarına əlavə etdiyi məxaric qəbzlərinin ikisindən başqa hamısı kserosurətdən ibarətdir, həmin sənədlərdə İlqar İsmayılovun imzası, bankın möhürü yoxdur və həmin məbləğlərin İlqar İsmayılov tərəfindən məxaric edilməsi alt sənədlərlə təsdiqini tapmır.

Bundan başqa, iş materiallarında İlqar İsmayılova aid olması ilə bağlı ekspertiza edilmiş qəbzlərdən yalnız 1 sənəd ittihamda qeyd edilib.

Müdafiə tərəfinin vəsatətinə əsasən iş materiallarından elan edilən sənəddən məlum olub ki, İlqar İsmayılovun “Premium” bankla (həmin vaxt SilkveyBank) olan 2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər 18 mart 2013-cü ilin mart ayında başa çatsa da, ittiham həmin tarixdən sonrakı dövlərə 2014-2015-ci illərdə guya ödəniş edilməsi ilə bağlı ittiham verib. Vəkillər bildiriblər ki, bu, ittihamın əsassız olduğunu bir daha göstərir.

Həmçinin iş materiallarında olan sənədlərdən məlum olub ki, ittihama əsasən, İlqar İsmayılovun 2013-cü ilin iyun ayında şirkətin kassasından 280 min manat məxaric edərək “Şəhər Bağları” MTK-dam aldığı mənizlə görə ödəməsi də təsdiqini tapmır. Belə ki, elan olunan sənəddə İ.İsmayılovun həmin mənzilə 1 milyon manat ödəyərək may ayında mənzilə sahib olub. Sözügedən 280 min manatla bağlı qəbzin də əsli yoxdur və rəngli kserosurətdir. Müdafiə tərəfi həmin sənədin ekspertiza edilməsi ilə bağlı vəsatət qaldırıb.

İlqar İsmayılova ümumi yığıncaq keçirilmədən mənfəətə daxil olan məbləği xərcləməsi ilə bağlı da ittiham irəli sürülüb. Müdafiə tərəfinin vəsatətinə əsasən, “Adore Kompani”nin istintaqa məktubu elan edilib. Məktubdan məlum olub ki, 2013-2014-cü illərdə mənfəət bölgüsü ilə bağlı təsisçilərin ümumi yığıncağı keçirilib və şifahi razılıq ilə mənfəətin xərclənmə istiqamətləri müəyyən eidlib.

Müdafiə tərəfi bildirib ki, mənfəətin digər təsisçiyə çatmasında birbaşa iştirak etmiş şəxs olaraq, Z.Həmzəyevanın şirkətdəki nümayəndəsi olmuş Fuad Əliyevin məhkəmədə əlavə şahid qismində dindirilməsi ilə bağlı növbəti dəfə məhkəməyə vəsatət veriləcək.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Bütün xəbərlər