gundem / siyaset
6.12.2021, 13:16
Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI
Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar.
"dogruxeber.tv" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Rusiya sülhməramlıları partlamamış hərbi sursatların, mərmilərin və minaların axtarışı, yaşayış məntəqələrinin, kənd təsərrüfatı torpaqlarının və mal-qaranın saxlanması üçün otlaq sahələrinin təmizlənməsi işlərini həyata keçirilər”,- məlumatda bildirilib.
Ümumilikdə, 2020-ci il noyabrın 23-dən bəri Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamları tərəfindən 2322,1 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.


