Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏ BAŞ VERİR?


dogruxeber.tv: - Məlum olduğu kimi, Azərbaycanın xalq artisiti Həsən Ağasoy özünün vatçap səhifəsində qələmə aldığı ərzi-gileyinin qurbanına çevrilib. Belə ki, 7 ay əvvəl xalq artisti paylaşdığı statusunda korrupsioner məmurların ölkəni talamasından gileylənmiş, sadə insanların çətinliklə dolandığını bildirmiş və bu cür ədalətsizliklərə son qoyulmasını tələb etmişdi.

“Xan” sarayının çuğulçuları bu ərzi-gileyi dərhal kopyalayıb Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova çatdırmış, “Cənab Sədr”in qərarı isə xeyli acımasız olmuşdu: dərhal işindən qovulsun, ömrünün axırına qədər Naxçıvan küçələrində ac-yalavac gəzsin, yaratdığı bütün əsərlər arxivlərdən silinsin.

Naxçıvan “xan”ının fitvasından sonra Muxtar Respublikanın əlaqədar qurumları hərəkətə keçmiş, ilk növbədə xalq artisti işlədiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrına çağırılaraq, ondan öz xoşuyla işdən çıxması haqqında ərizə yazması tələb olunmuşdu. Əks halda xüsusi maddə ilə işdən qovacaqları mədəniyyət xadiminin diqqətinə çatdırılmışdı. “Könüllü” ərizə yazmaqdan imtina edən Ağasoy daha sonra Naxçıvan MR Mədəniyyət Nazirliyinə çağırılmış və bu “könüllüyün” məcburi olduğu ona bildirilmişdir. Yaxşı-yaxşı fikirləşməsi üçün xalq artistinə bir gün möhlət verilmişdi. Nəhayət, “xan” repressiyaları qarşısında ağ bayraq qaldıran H.Ağasoy yaxınlarını qorumaq naminə işdən çıxarılması barədə “könüllü” ərizənin altına imzasını atmışdı.

“Xan” rejiminin xalq artistinə basqıları bununla da məhdudlaşmamışdı. 7 ay evində ac-susuz saxlanılan Həsən Ağasoyun işinə bərpa olunması üçün Vasif Talıbova ünvanladığı çoxsaylı şikayət məktubuna Naxçıvan MR Ali Məclisindən, nəhayət, cavab gəlir. Xalq artistinə zəng edən Ali Məclisin Tural adlı sözçüsü ona bildirir ki, Musiqili Dram Teatrda işə bərpa sevdasından əl çəksin, yeni işlə təmin olunmaq üçün zəhmət çəkib dövlət qulluğu imtahanına hazırlaşsın. 63 yaşlı Həsən Ağasoy özünün xalq artisti olduğunu xatırladıb gənc mədəniyyət xadimlərindən əslində onun imtahan götürməsinin daha ədalətli olmasını bildirməsi, görünür, Ali Məclisin sözçüsü tərəfindən də haqlı qəbul edilmiş və ona növbəti “səmərəli təklif verilmişdir: yeni işlə təmin olunması üçün zəhmət çəkib Muxtar Respublikanın Məşğulluq İdarəsinə müraciət etsin.

Qarşısında yeni fürsətlərin doğduğunu düşünən xalq artisti işsiz oğlunu da götürüb Naxçıvan MR Məşğulluq İdarəsinə yollanmışdı. İdarədə ona “adına, şan-şöhrətinə layiq” işlər siyahısı təqdim olunmuşdur: hansısa “JEK”də süpürgəsi, istixanada gözətçi, bir çox müəssisələrdə santexnik və s. Di gəl ki, “xan” həzrətlərinin bu “humanist səmərəli təkliflərini” özünə hörmətsizlik kimi qiymətləndirən “nankor” xalq artisti ona göstərilən siyahıdakı iş yerlərinin heç birini bəyənməyib evinə qayıtmışdı. Ardınca da daha yeni sürprizlərlə qarşılaşmışdı. Naxçıvan TV-nin ekranlarında nümayiş etdirilən televiziya filmlərinin hamısından öz səsinin başqa aktyorun səsi ilə dəyişdirildiyini görən xalq artisti daha sonra hətta oynadığı rolların qayçılandığına da şahid olmuşdu. Bir sözlə, mərhum Prezident Heydər Əliyevin xüsusi hörmət bəslədiyi, “xalq artisti” adını verdiyi Həsən Ağasoy işdən çıxarıldığı 7 ay ərzində təkcə çörəklə sınağa çəkilməmiş, həm də mənəvi repressiyalarla üzləşmişdi. Yeganə günahı isə Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında lənətlədiyi korrupsiyaya qarşı mövqeyini ancaq yaxınlarının eşidəcəyi səviyyədə dilə gətirməsi, dolayısıyla dəstəkləməsi olmuşdu. Üstəlik, bütün bunlar Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsinin müzakirələri aparıldığı ərəfədə baş vermişdi. Xatırladaq ki, bu layihə çərçivəsində Avropa ilə inteqrasiya prosesini dərinləşdirmək istəyən tərəfdaş ölkələr, o cümlədən Azərbaycan qarşısında qoyulan şərtlərdən biri də korrupsiya ilə effektiv mübarizədir. Azərbaycanın Naxçıvan bölgəsində isə hətta korrupsiyanı astaca tənqid etmək belə, tarixdən silinəcək qədər ağır cinayət hesab olunur. Bu bölgədə yaşayan ziyalılardan sanki “Yaşasın korrupsioner məmurlar” şüarını səsləndirməsi tələb edilir. Zira korrupsioner məmurların lənətlənməməsinin alternativi ancaq bu şüar ola bilər ki, Həsən Ağasoy da məhz “xanlıq” rejiminin əsla bağışlamayacağı bu cinayəti törətmişdi.

"Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!"

M.Ə.Sabir

Əldə etdiyimiz məlumata görə, Ovqat.com-un və bir sıra media orqanlarının bu məsələni ictimailəşdirməsindən sonra xalq artisti yenidən MR Mədəniyyət Nazirliyinə çağırılıb. Düşünmək olardı ki, “xan” rejimi sonunda xalq artistinə qarşı aparılan repressiyaların barbarlıq olduğunu anlayıb və öz səhvini düzəltməyə qərar verib. Təsadüfi deyil ki, H.Ağasoyun yenidən Mədəniyyət Nazirliyinə çağrılması xəbəri yayılar-yayılmaz, Muxtar Respublikanın bütün mədəni ictimaiyyəti onun Musiqili Dram Teatrdakı işinə bərpa olunacağını gözləyirdi. Bu gözlənti o məntiqə əsaslandırdı ki, xalq artistinin iş yeri teatr ola bilər.

Mənbəmizdən aldığımız məlumatlar isə Naxçıvan MR mədəniyyət xadimlərinin bütün gözləntilərini alt-üst edəcək mahiyyətdədir. Məlumata görə, xalq artistinə bu səfərki təkliflər də əslində hansısa “JEK”də süpürgəçilikdən o qədər də fərqlənmir. Bildirilir ki, xalq artistinə əvvəl Naxçıvan şəhər mərkəzindən 15-20 km uzaqlıqda yerləşən Tumbul və ya Qaraxanbəyli kəndlərindən birində metodist vəzifəsi təklif edilir. Təkliflə razılaşmayan xalq artisti ilə “sövdələşmə” başlayır, sonunda onu Naxçıvan MR Mədəniyyət Nazirliyi yanında Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzdə medotist işinə razı sala biliblər. Xalq artistinin yeni vəzifəsindəki aylıq maaşı 300 manat civarında olacaq.//ovqat.com

Oxunub: 501

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər