Avropa ilə TƏRƏFDAŞIQSA... - Qanunlarımız da Avropaya uyğunlaşdırılmalıdır...


dogruxeber.tv: - Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıqdan danışıb. Dövlət başçısı 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun başa çatdırıldığını bildirən Prezident sənədin qalan hissəsinin də yekunlaşacağına ümidvar olduğunu ifadə edib. Ölkə rəhbəri Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını bildirib. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Prezident qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığa da toxunub. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Məlumat üçün deyək ki, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin sammitinin yekununda bəyannamədə də qəbul edilib. Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır: “Aİ həmişəki kimi bütün Şərq Tərəfdaşlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Məqsədimiz Şərq Tərəfdaşlığı regionunda əlaqələrin və nəqliyyat əlaqəsinin möhkəmlənməsi də daxil olmaqla əməkdaşlığı genişləndirməkdir”.

Aİ-Azərbaycan əlaqələri ilə bağlı danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirmək rəsmi Bakı üçün çox önəmlidir. Professorun sözlərinə görə, bu məqam ilk növbədə Azərbaycanın siyasi suverenliyinin zəmanəti deməkdir:

“Sazişin imzalanması baş tutarsa, Azərbaycan Avropa qaydaları ilə idarə olunacaq və bununla da ölkəmizə qarşı ittihamlara son qoyulacaq. Nəzərə alaq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Sazişdən sonra Azərbaycan daha böyük və daimi Avropa bazarına çıxış əldə edəcək. Ölkəmizin strateji inkişaf istiqamətlərindən biri idxalı azaltmaq, ixracı isə artırmaqdır. Bunun üçün bizə müasir texnologiya, innovativ idarəetmə sistemi lazımdır və bu yöndə Avropa təcrübəsindən yararlana bilərik. İşğaldan azad etdiyimiz ərazilərdə azad ticarət zonalarının yaradılmasına başlamışıq, aqro və texnopolislərin layihələri hazırlanıb. Qeyd edim ki, 2004-cü ildə Təhlükəsizlik haqqında konsepsiya qəbul etmişik. Konsepsiyanın üç istiqamətindən ikisi Avropaya yönəlib. Bunlar – avrosentrizm və avroatlantizmdir. Burada Qərbi və ya Mərkəzi Avropaya inteqrasiya nəzərdə tutulur. Bu da Azərbaycan üçün siyasi-iqtisadi sahədə böyük əhəmiyyətə malikdir.
Azərbaycan Asiyanın Avropaya açılan qapısıdır. Asiyanın resurslarından yararlanmaqla, Avropanın innovativ idarəetmə metodlarını, texnologiyalarını ölkəmizdə tətbiq etmək imkanı qazanacağıq”.

C.Nuriyev təəssüflə vurğulayıb ki, Qərb ölkələri zaman-zaman Azərbaycana münasibətdə qərəzli mövqe tutublar:

“30 il ərzində siyasi, iqtisadi, mədəni, hüquqi və ideoloji baxımdan Qərbin ədalətsiz yanaşmasından çox əziyyət çəkmişik. Əfsuslar olsun ki, bu münasibət hələ qalmaqdadır. Dövlət başçısı İlham Əliyev “Qarabağ” futbol komandasının üzvlərini qəbul edərkən bu məqama toxundu. İnanırıq ki, son dönəmlər baş verən kifayət qədər ciddi hadisələrdən və yeni görüşlərdən sonra Avropanın Azərbaycana baxışı müsbət yöndə dəyişəcək. Avropa İttifaqının Azərbaycanla əlaqəsi ölkəmizi siyasi-hüquqi cəhətdən də qoruyacaq, təzyiqləri neytrallaşdıracaq. Hələlik karbo-hidrogen yataqlardan əldə etdiyimiz enerji resursları ilə Avropa ilə əməkdaşlıq edirik. Lakin Avropaya təqdim edəcəyimiz məhsulların sayı çoxdur.

Avropa İttifaqı Qafqaz siyasəti ilə bağlı Azərbaycanla əməkdaşlığa ehtiyac duyur. Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrin inkişafında maraqlıdır və bunu hər dəfə açıq bəyan edir”.//sherq.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər