Nazir elə deyəndə vəziyyət BELƏ OLUR... - İTTİHAM

DogruXeber.az: - Təhsil sahəsində hökmranlıq edən problemlərin ardı-arası səngimək bilmir. Məktəb direktorlarının qanunsuz əməlləri və yaramaz fəaliyyəti valideynləri zinhara gətirib. Artıq işdən çıxarılma və başqa yerdə iş fəaliyyətinə maneə yaradılma hədə-qorxusu ilə bəzi arxa-dayaqlı direktorlar tərəfindən susmağa məcbur edilən müəllimlər belə bezginlik hissi ilə alışıb-yanır.

Ulu öndər Heydər Əliyevin təbirincə desək: “Təhsil millətin gələcəyidir…”

Həqiqətən də, millətin, dövlətin gələcəyi korrupsioner, qayda-qanunlara hörmət etməyən bəzi məktəb direktorları üçün bir miqdar pul qədər önəmli deyil?

***
Keçək əsas mətləbə… Hər halda, bizim heç kimlə şəxsi ədavətimiz yoxdur! Sözümüzün canı var…
Ağdam rayonu, 38 saylı tam orta məktəbdə uzun müddətdir pedoqoji fəaliyyət göstərən Zeynalova Ləman KAİM.az-a müraciət edərək bildirib ki, 2019-cu ildə həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyev xoşagəlməz əməllərlə məşğuldur.

Məlumata əsasən, Ləman Zeynalova müəyyən səbəblərdən məktəbə gedə bilmədiyi günlərdə dərs jurnalı onun adından yazılıb və imzalanıb. Üstəlik, əmək haqqı da alınıb. Bunlar azmış kimi məktəb direktoru müəllimdən etdiyi qanunsuzluğa görə pul tələb etməkdən belə çəkinməyib. Çarəsiz vəziyyətdə qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur edilib.

Mütəmadi olaraq müəllimdən müəyyən miqdarda pul tələb edən direktor müəllimi çox çətin vəziyyətə düçar edib. İstədiyi məbləği ala bilmədiyi zaman yetişdikdə isə müxtəlif bəhanələrə əl atıb. Nəticədə müəllim və direktor arasında anlaşmazlıq yaranıb.

Şikayətçi-müəllim Zeynalova Ləman Ağdam rayonu 38 saylı tam orta məktəbin direktoru Məsud Həmzəyev barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya ərizə yazaraq kömək istəyir. Şəffaf karyerasının qərəzli olaraq təhlükə altına atılması, rəhbərlik tərəfindən rüşvətə məcbur edilməsi və s. kimi neqativ halların araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş edir.

KAİM.az saytı olaraq düşünürük ki, problemin həlli prossesində Təhsil Nazirliyi də zəruri tədbirlərini əsirgəməyəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər