gundem / sosial / hadise / dunya / Səhiyyə
31.12.2021, 16:27
Ukraynada koronavirusdan ölənlərin sayı 100 min nəfərə çatır
Ötən sutka ərzində Ukraynada yeni növ koronavirusa (COVİD-19) 7 029 yoluxma halı qeydə alınıb.
"dogruxeber.tv"ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusa yoluxma hallarının sayı 3 667 649-a çatıb.
Son sutkada 209 nəfər COVİD-19-dan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 95 899 nəfərə çatıb.



