gundem / sosial / hadise / bolge
4.01.2022, 14:19
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi
Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"[center][/center]a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır



