Zakir Həsənov nədən Polad Həşimovun QAPISINI DÖYMƏYİB Kİ... - Xəncərinin qaşı düşəcəkdi?

dogruxeber.tv: - Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid general mayoru Polad Həşimovun anası Səmayə Həşimova oğlunun ölümü ilə bağlı bir sıra iddialar səsləndirib. O bildirib ki, P.Həşimovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev öldürtdürərək onun yerinə vəzifəyə gəlib. S.Həşimova, həmçinin, il yarımda Müdafiə naziri Zakir Həsənovun bir dəfə də olsa, onun qapısını açmadığını və bunda birbaşa onun günahkar olduğunu söyləyib.

Müharibə dönəmindən sonra müəyyən məkrli qüvvələrin dəfələrlə şanlı ordumuzun nüfuzunu gözdən salmaq üçün atdığı təxribat xarakterli addımların şahidi olmuşuq. Maraqlıdır, anamız Səmayə xanımın məlum çıxışının məqsədli şəkildə hazırlanması və yayılmasını da təxribatların tərkib hissəsi kimi qiymətləndirmək olarmı?

Məlum iddiaların yolverilməz olduğunu deyən əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli Sherg.az“a bildirirb ki, Polad Həşimovun şəhid olması ilə bağlı konkret faktlar var:

“Səmayə xanım övlad itirmiş yaşlı anadır. O bizim hamımızın anasıdır. Onu başa düşmək əvəzinə dediyi sözləri bu şəkildə yaymaq təbii ki, təxribatçı qüvvələrin işidir”.

Hərbi ekspert 44 günlük müharibədə qazandığımız zəfərin əhəmiyyətini bizim hələ də Azərbaycan ictimaiyyətinə çatdıra bilmədiyimizi vurğulayıb və bunun səbəblərini göstərib:

“Peşəkarların cəhbə bölgəsinə gedə bilməməsi Müdafiə Nazirliyinin günahıdır. İkinci Qarabağ savaşından yazılanlara diqqət edin. Hanı bu ordunun 44 günlük müharibəsinin bütöv tarixi? Həmin ərazilərə gedən jurnalistlərin qələmə aldığı faktlar hanı? Yalandan orda-burda danışmaqla deyil. Ortada heç bir şey yoxdur. Gedənlər də gedib orda tankla şəkil çəkdirib gəlib. Bir sanballı yazı ortaya qoyan olmadı”.

İ.Rüstəmli mövcud durumun bir növ informasiya boşluğundan qaynaqlandığını və informasiya siyasətinin düzgün qurulmamasının bizi buralara qədər gətirib çıxardığını diqqətə çatdırıb:

“Bildiyimiz elə faktlar var ki, onları ictimaiyyət bilmir. Sadə insanları məlumatlandırmaq lazımdır. Bunu etməyi bacarmasaq, bu parazit şəxslər belə işlərinə davam edəcəklər. Görün, onlar şəhid Polad Həşimovun ruhunu necə incitdilər. Yaranmış boşluqdan istifadə edib öz iyrənc əməllərinə davam etdilər. Bu işdə də bizim anamız Səmayə Həşimovanın nitqindən istifadə etdilər. Qəhrəman ananın bu cür danışması parazit qüvvələrin başlıca amalı olub. Xüsusi hazırlanmış proqram əsasında müqəddəs anadan söz almaq elə onlara yaraşar”.

Hərbi ekspert sözügedən iddiada adı hallanan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevdən də söz açıb:

“K.Vəliyevin nə marağı var idi ki, Polad Həşimovu aradan götürsün?! Belə söhbətləri etmək ayıbdır. Bir-birimizə çamur atmağı yığışdırmalıyıq. Əlbəttə, övlad itirmiş bir ana ürəyi yanıb, əsəbiləşib bunu deyə bilər. Amma biz bilirik axı K.Vəliyev böyük bir ordu zabiti, general, böyük bir şəxsiyyətdir. Mən onunla birgə xidmətdə olmuşam. Onun nə qədər kübar, ziyalı bir insan olduğunu bilirəm. Sevinirəm ki, onlarla, yüzlərlə Azərbaycan zabitini məhv edən Nəcməddin Sadıqovdan sonra bizim belə bir Baş Qərargah rəisimiz var. K.Vəliyev peşəkar döyüş texnikasını, strategiyasını bilən hərbi kadrdır. Belə bir vaxtda onun adını bu cür söhbətlərdə çəkmək ümumiyyətlə olmaz”.

İ.Rüstəmli sonda ölkəmizin möhtəşəm zəfərə imza atmasından sonra burda baş verən bu kimi halların bizə qətiyyən yaraşmadığını deyib.

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər