gundem / siyaset
14.01.2022, 15:27
Nazir bu idarəyə rəis TƏYİN ETDİ
Sumqayıt şəhərində yerləşən 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinə yeni rəis təyin olunub.
"dogruxeber.tv" "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Fərid Piriyev təyinat alıb. Qeyd edək ki, bu təyinatadək o, həmin idarənin rəis əvəzi idi.


