gundem / sosial
29.07.2020, 10:24
Nazir yeni rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Nəsimi Cəfərov Daşkəsən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, buna qədər həmin şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.


