"Xəstə oğluma müalicə üçün möhlət verilmir" - Hərbi komissarlıqdan şikayət və "şikayətdən imtina"

dogruxeber.tv: - “Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini şəxsi ofisə döndərib”. Bu sözləri Ucar rayonu Təzə Şilyan kənd sakini Abdullayev Mirdamət Balakişi oğlu Bizimyol.info-ya ünvanladığı şikayət məktubunda qeyd edib. Məktubda, Ucar rayon hərbi komissarı Ceyhun Əliyevin ürək xəstəsi olan Rüstəm Abdullayevi qanunsuz olaraq hərbi xidmətə aparmaq istədiyi bildirilir.

“2002-ci il tarixdə anadan olmuş oğlum Rüstəm Abdullayev ciddi xəstədir o ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq Ucar rayon hərbi komissarı Ceyhun Əliyev qanunsuz olaraq onu hərbi xidmətə aparmaq istəyir.

Oğlum Rüstəmi 1 il əvvəl həqiqi hərbi xidmətə aparmadılar, xəstəliyinə görə möhlət hüququ verildi. Bu müddət ərzində o müayinə və müalicələr alsa da, sağalmadı. Hətta müalicə həkimi bildirir ki, Rüstəm ciddi xəstədir ürək xəstəliyinə görə ona hərbi xidmət keçmək olmaz. Ancaq buna baxmayaraq, Ucar rayon hərbi komissarı Ceyhun Əliyev xəstə oğlumu qanunsuz olaraq hərbi xidmətə aparmaq istəyir. Artıq Rüstəmə çağırış vərəqi də verilib ki, 05 yanvar 2022-ci il tarixdə hərbi komissarlıqda olsun”.

Şikayətçinin sözlərinə görə, oğlu Rüstəm əgər hərbi xidmətə aparılarsa, o sağ qalmayacaq və hər an ölə bilər. “Buna görə mənim oğlum Rüstəmə həqiqi hərbi xidmətə aparılmasından möhlət verilməlidir ki, müalicə olunsun”.

Mirdamət Abdullayev məktubun sonunda media vasitəsilə prezident İlham Əliyev və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova müraciət edib.

“Xahiş edirəm xəstə övladımı zorla qanunsuz hərbi xidmətə aparmaq istəyən Ucar rayon hərbi komissarı Ceyhun Əliyevin barəsində ciddi tədbirlər görəsiniz və xəstə oğlumun hərbi xidmətə aparılmasına möhlət hüququ verəsiniz ki, müalicə olunsun”,-deyə bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, "araşdırmaya cəlb edilən vətəndaş Mirdamət Abdullayev verdiyi izahatında övladı Abdullayev Rüstəm Mirdamət oğlunun müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Xidmətin Ucar rayon şöbəsində ona qarşı qanunsuz tələblər irəli sürülmədiyini, şöbə rəisi polkovnik-leytenant Ceyhun Əliyevi tanımadığını, adıçəkilən şöbədə vətəndaşlardan rüşvət alınması barədə xəbər saytlarında guya onun fikirləri kimi yayılan məlumatların həqiqətə uyğun olmadığını və bu barədə heç bir ifadə işlətmədiyini bildirmiş, konkret olaraq şöbədə hər hansı vətəndaşdan rüşvət alınmasını görmədiyini qeyd etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman Xidmət – media əməkdaşlığına önəm verməklə kütləvi informasiya vasitələrinin, jurnalistlərin Xidmətin fəaliyyət sahəsinə dair xəbərləri hazırlayarkən konkret faktlara söykənməyi və qərəzli mövqedən çıxış etməməyi tövsiyə edir, həqiqətə uyğun olmayan, yoxlanılmamış, əməkdaşların zabit nüfuzuna xələl gətirən, böhtan xarakterli məlumatların “Kütləvi informasiya vasitələri haqqında” qanunvericiliyin tələblərinə zidd olaraq yayılmasına yol verilməməsi xahiş olunur və bu məzmunlu əsaslandırılmamış yazıların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi nəzərinizə çatdırılır”.

P.S. Qeyd edək ki, bizə ünvanlanan məktubda şikayətçinin və oğlunun şəxsiyət vəsiqələri, Rüstəm Abdullayevin sağlamlıq vəziyyəti ilə bağlı arayışın fotoşəkilləri, əlaqə nömrələri öz əksini tapıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabından sonra yenidən şikayətçi ilə əlaqə saxladıq və şikayətinin qüvvədə qaldığını bildirdi. Qeyd edək ki, məktubda "rüşvət" mövzusunda da fikirlər vardı. Lakin son telefon söhbətində şikayətçi o hissələrdən imtina etdiyinə görə həmin hissələri ixtisar etdik. Bu arada dövlət qurumunun cavabında yer alan "araşdırmaya cəlb edilən vətəndaş" məsələsi medianın da ağrılı yeridir. İnsanlar şikayət yazırlar, dərc olunandan sonra onlar "araşdırmaya" cəlb edilirlər və hansısa yolla şikayətdən imtina etməyə məcbur olurlar. Nəticədə media "böhtançı" cildində təqdim edilir. Baxmayaraq ki, şikayəti vətəndaşlar özləri ünvanlayırlar və bütün təsdiqləyici sənədləri də əlavə edirlər. Bütün dövlət qurumları mətbuatla əlaqələrdə maraqlı olduqlarını desələr də, az qala hamısı şikayətçiləri sonradan "limon kimi sıxıb" mətbuata qarşı danışdırırlar. Baxmayaraq ki, Prezident İlham Əliyev də mətbuatda yer alan faktların əksəriyyətinin təsdiqini tapdığını bildirmişdi. Ümid edək ki, tez-gec dövlət qurumları normal "araşdırma" mədəniyyətini də mənimsəyəcəklər.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər