gundem / hadise
20.01.2022
Bakıda avtomobil 54 yaşlı kişini vurub
"dogruxeber.tv" xəbər verir ki, Bakıda avtomobil 54 yaşlı kişini vurub.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
7-ci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.


