gundem / hadise / bolge
24.01.2022, 12:07
Sirkə turşusu içən qadın öldü
İsmayıllıda qadın zəhərlənib.
"dogruxeber.tv"n məlumatına görə, rayon sakini, 1959-cu il təvəllüdlü Selyan Qasımova sirkə turşusu içib.
O, İsmayıllı Rayon Xəstəxanasına, daha sonra Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun mayeni qəsdən içib-içmədiyi bilinmir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır



