“Dövlət Xidməti hansı inhisarçılığa qarşı mübarizə aparır?” - İnhisarda olan iqtisadiyyat...

"dogruxeber.tv" ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.

Nazirlər Kabinetində keçirilmiş müşavirədə ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlandı. Sözügedən 6 baza prinsip, ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir. İclasda vurğulanıb ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.

Doğrudanmı bu gün ölkədə rəqabət mühiti var və uzun müddətdir ki, müzakirə mövzusu olan Rəqabət Məcəlləsinin qəbul edilməməsi nə ilə bağlıdır? İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, “Rəqabət Məcəlləsini qəbul etmədən ölkədə rəqabət mühiti yaratmaq mümkün deyil”fikri ilə razı deyil:

“Bu mümkündür. Rəqabət Məcəlləsi bu sahədə işin formal tərəfidir. Ölkədə bazar iqtisadiyyatının təməl prinsiplərini bərqərar etmək, rəqabət mühiti yaratmaq lazımdır. Rəqabət mühiti yaratmaq üçün ölkədəki inhisarı aradan qaldırmaq lazımdır, dövlətin nəzarət etdiyi şirkətlər özəlləşdirilməli, dövlətin nəzarət etdiyi qiymətlərin sayı məhdudlaşdırılmalı, mülkiyyətə zəmanət verilməli, korrupsiya və rüşvətxorluq, qeyri-şəffaflıq aradan qaldırılmalı, müstəqil məhkəmələr olmalı, sahibkarların hüquqlarının müdafiə edilməməsi imkanları yaradılmalıdır. Hələ Rəqabət Məsəlləsinin qəbul edilməməsi böyük fəlakət deyil. Ancaq bu gün ölkə bazarlarında rəqabət mühitinin yaradılması üçün hökumətin üzərində böyük yük var. O yükü tədricən azaltmalıdır. Bu məsələlər həyata keçirildikdən sonra rəqabət mühitini tənzimləyəcək hüquqi normativ akta ehtiyac var. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi aktual məsələlərdən biridir”.

Ekspertin sözlərinə görə, Rəqabət Məcəlləsi qəbul edilmədən, 30 il bundan öncə hökumət bazar iqtisadiyyatına keçid elan edib:

“Bazar iqtisadiyyatının əsas prinsiplərindən biri rəqabətdir. Bu baxımdan Azərbaycanda bazar iqtisadiyyatı mövcud deyil. Ölkə bazar iqtisadiyyatı modelini rəsmi olaraq qəbul etdiyi dövrdə Rəqabət Məcəlləsi də qəbul edilməli idi. Yəni 30 il gecikib. Ancaq bu gün iqtisadiyyatın o qədər böyük problemləri var ki, həmin məcəllənin qəbul edilməsi real problemlərə baxanda formal görünür. Bu gün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var və bu qurumun nizamnamələrində də göstərilir ki, inhisarçılığa qarşı mübarizə aparacaq. İqtisadiyyatın 90 faizi inhisardadır. Onlar hansı inhisarçılığa qarşı mübarizə aparırlar? Yəni bu gün Rəqabət Məcəlləsinin qəbulu real olaraq heç nəyi dəyişmir, formal olaraq qalacaq, heç kəs ona əhəmiyyət verməyəcək. Ancaq bu gün hökumətin qarşısında duran əsas məsələ rəqabət mühitinin yaradılmasıdır. Bundan sonra ədalətsiz rəqabət ortaya çıxacaq. Məsələn, hansısa böyük şirkətin imkanları genişdir, qiymətləri aşağı salır və istehsal etdiyi məhsulları bir il dəyərindən aşağı qiymətə satır. Öz rəqiblərini müflisləşdirir. Çünki hamı gəlib həmin şirkətdən alacaq. O zaman bazarın inhisarçısı olur. Yəni belə məsələləri aradan qardırmaq üçün Rəqabət Məcəlləsi lazımdır. Bu gün Azərbaycanda rəqabətin özü yoxdur, nəinki ədalətsiz rəqabət. Qeyd etdiyim faktla bağlı Amerikada 1980-ci illərdə bir kompüter şirkəti o üsuldan istifadə edib rəqiblərini müflisləşdirmişdi. Hökumətə nəzarət edən qurum onu müəyyənləşdirdi, həmin şirkəti külli miqdarda cərimələdi və müflisləşdirdiyi rəqiblərinə zərəri ödədi. O vaxt Amerikada Rəqabət Məcəlləsi var idi. Yəni ilk növbədə o alətin özü olmalıdır ki, onu tənzimləməyə də qanun olsun. Bu gün Azərbaycanda o alət yoxdur. Ölkədə rəqabət olsa, həm qiymətlər sürətlə qalxmaz, həm də keyfiyyət yüksələr”.

Oxunub: 637

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər