Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQ

dogruxeber.tv: - Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi 25-26 yanvar tarixlərini əhatə edən ilk iclasında növbəti dövr üçün dolların dəyərinə təsir edəcək qərarı açıqlayacaq. Günün son saatlarında FED ya faiz dərəcəsini sabit saxlayacaq, ya da artıracaq.

2021-ci ilin dekabr ayında baş tutan iclasda Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel 39 ilin ən yüksək inflyasiyasını Ştatlar üçün təhlükəli risk kimi qiymətləndirmişdi. Bu səbəbdən Federal Ehtiyat Sisteminin sərt pul rejiminə keçid etməsi və faiz dərəcəsinin artırılması labüd hesab edilmişdi.

Ötən ilin noyabr ayından etibarən FED-in sədri qiymətli kağızların alışını azaltmağa başlayacaqlarını açıqlamışdı. FED-in aktiv alışını faiz dərəcəsini artırmadan əvvəl tamamlamalı olduğu bildirilmişdi.

FED il ərzində neçə dəfə faiz artımına gedəcək?

Belə ki, 2022-ci ildə FED 3-4 dəfə faiz artımına gedəcək. İlk faiz artımının mart ayında baş verməsi gözlənilir. Buna görə də, mart ayına qədər aktiv alışın azaldılması nəzərdə tutulub, lakin, bəzi proqnozlara görə, proses fevral ayında, hətta yanvar ayının sonunda da yekunlaşa bilər. Buna görə kiçik ehtimal da olsa, bugünkü iclasda FED-in faiz artımına getməsi istisna edilmir. İstənilən halda faiz artımına gedilməsə belə, bugünkü iclas, müzakirlərin açıqlanacaq nəticələri bazar üçün kritik və hərəkətverici olacaq. Əsas mövzu inflyasiyanın cilovlanmasını əhatə edəcək.

Faiz artımı nə ilə nəticələnə bilər?

Faiz dərəcəsinin artırıldığı dövrdən etibarən dolların dövriyyədə azaldığı və paralel olaraq dəyər qazandığı müşahidə olunur. Yəni, faiz artımı ilə bağlı qərar dolların digər valyutalar qarşısında bahalaşmasını şərtləndirəcək. Xüsusilə də, fevral və mart aylarında dolların dəyəri avro və yapon yeni qarşısında yüksəlməyə davam edə bilər.

Digər tərəfdən qərar qlobal maliyyə bazarlarında riskli aktivləri təzyiq altında qoya bilər. “Wall Street”ə görə, 2022-ci ildə FED-in pul siyasəti ilə bağlı daha sərt rejimə keçməsi səhmlərin dəyərinin azalması, daha çox dövlət istiqrazlarının gəlirlərinin artmasına təsir edə bilər.

Bu gün açıqlanacaq qərarda 2018-ci ilin sonundan bəri ilk dəfə FED faiz artımına gedə bilər, ya da ən yaxşı halda mart ayını gözləyəcək.

FED faiz dərəcəsini nə qədər artıra bilər?

Ehtimal olunur ki, FED 2022-ci ilin sentyabr ayına qədər faiz dəhlizinin aşağı həddini 0,3 faizə qədər, sentyabr ayından sonra 0,9 faizə qədər artıra bilər. Lakin, yüksək faiz dərəcəsi də istisna edilmir. “CME FedWatch Tool”un proqnozlarına görə isə, ilin sonuna qədər faiz dəhlizi 1-1,25 faiz səviyyəsində olacaq.

Həmçinin 2023-cü ildə daha üç və ondan sonrakı ildə daha iki faiz artımı qərarı gözlənilir.

Qeyd edək ki, 2022-ci il ərzində FED-in 8 iclası baş tutacaq. 25-26 yanvar tarixlərini əhatə edən iclasdan sonra aşağıdakı tarixlərdə iclasların həyata keçirilməsi nəzərdə tutulur:

15-16 mart 2022-ci il;

3-4 may 2022-ci il;

14-15 iyun 2022-ci il;

26-27 iyul 2022-ci il;

20-21 sentyabr 2022-ci il;

1-2 noyabr 2022-ci il;

13-14 dekabr 2022-ci il.

Xatırladaq ki, FED 2021-ci ilin dekabr ayındakı sonuncu iclasında faiz dəhlizini növbəti dəfə 0-0,25 faiz aralığında saxlayıb.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər