Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Bir qrup doktorant xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar müraciət edib.

"dogruxeber.tv"ın APA-ya istinadən məlumatına görə, müraciətdə bildirilir ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanı “minimum” imtahan kimi qəbul edildiyi təqdirdə Azərbaycanda təhsil alan doktorant və dissertantlardan minimum 70% (35/50) müvəffəqiyyət göstəricisinə malik olan imtahan nəticəsi tələb edilir. Bu da keçid balının “minimum” imtahanının şərti adına zidd olması ilə yanaşı, ölkədə təhsil alan doktorant və dissertantların dissertasiya işlərini müdafiə etmələrinə əngəl yaradır.

“Qeyd etmək istərdik ki, minimum 70% olaraq təyin edilmiş keçid balının yüksək olması səbəbindən 14.02.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 195 nəfər doktorant və dissertantdan 147 nəfər, 20.06.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 244 nəfər doktorant və dissertantdan 203 nəfər, 19.12.2021-ci ildə həyata keçirilmiş xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 316 nəfər doktorant və dissertantdan isə 248 nəfəri dissertasiya müdafiəsinə buraxılmayıb”, - deyə müraciətdə qeyd olunur.

Müraciət müəllifləri, bunları nəzərə alaraq aşağıda qeyd edilmiş nüansların həllini tapmasına köməklik göstərilməsini xahiş edirlər:

- 2019-cu il 11 iyun tarixdən əvvəl Azərbaycanda doktorant və dissertantura pilləsinə qəbul edilmiş şəxslərin xarici dil üzrə fəlsəfə doktoru imtahanının (minimum) əvvəlki qaydada keçirilməsini, qəbul zamanı topladıqları balın xarici dil üzrə fəlsəfə doktoru imtahanının (minimum) balı olaraq qəbul edilməsini, yaxud məsələnin digər şəkildə həllini tapmasına.

- Dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (The Common European Framework of Reference for Languages - CEFR) B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) təqdim edildiyi halda həmin sertifikatların qüvvədə olduğu müddətdə namizədlərin xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunmaları nəzərdə tutulur. CEFR səviyyə adlarına uyğun olaraq B2 səviyyəsi isə orta səviyyə (Intermediate) kimi qiymətləndirilir. Bu isə IELTS üzrə 5,5 - 6,0 bala mütənasib olaraq qiymətləndirilib. IELTS imtahanının maksimum 9 bal olduğunu nəzərə alsaq, 5,5 bal 61%-ə bərabər olacaq. Dövlət İmtahan Mərkəzinin həyata keçirmiş olduğu xarici dil üzrə fəlsəfə doktoru imtahanı zamanı toplaya biləcəyimiz maksimum balın 50 bal olduğunu nəzərə alsaq, B2 kateqoriyası ilə müqayisə etdikdə 61% nəticə 50 bal üzərindən 30,5 bala ekvivalent sayılacaq. Bu səbəbdən xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balının B2 səviyyəyə ekvivalentləşdirilib, 35 baldan 30 bala keçirilməsinə.

Müraciət bir sıra dövlət qurumlarının rəhbərlərinə, o cümlədən Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, təhsil naziri Emin Əmrullayevə, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə ünvanlanıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər